https://sputnik.az/20210913/DGK-Gorus-Qafan-yolunda-ran-manlarndan-rsum-alnmasna-mnasibt-bildirib-427911336.html
DGK Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına münasibət bildirib
DGK Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına münasibət bildirib
Sputnik Azərbaycan
Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol... 13.09.2021, Sputnik Azərbaycan
2021-09-13T17:21+0400
2021-09-13T17:21+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
iqtisadiyyat
gömrük komitəsi
iran
xankəndi
maşın
rüsum
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0d/427910556_0:53:2001:1178_1920x0_80_0_0_6fa7a03985760e0d17c4e50cab51bfdc.jpg
BAKI, 13 sentyabr — Sputnik. Dövlət Gömrük Komitəsi (DGK) Gorus-Qafan avtomobil yolunda İran maşınlarından rüsum alınmasına dair ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb.Sputnik Azərbaycan-ın məlumatına görə, DGK yaydığı xəbərdə qeyd edir ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında" qanunun 24-cü maddəsinə əsasən, ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.Eləcə də oxuyun:Kəlbəcərə getmək istəyən vətəndaşlarımız saxlanıldıTaliblərin məktubları, yadplanetlilərin gəlişi, gözlənilən Mehdi və Bəhram BağırzadəAğdərədə saxlanılan hərbçinin geri qaytarılması ilə bağlı rəsmi məlumat
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0d/427910556_0:0:1877:1408_1920x0_80_0_0_529816ca230f616c4aa7872faa71f49d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, gömrük komitəsi, iran, xankəndi, maşın, rüsum, azərbaycan
xəbərlər, gömrük komitəsi, iran, xankəndi, maşın, rüsum, azərbaycan
DGK Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına münasibət bildirib
17:21 13.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.
BAKI, 13 sentyabr — Sputnik. Dövlət Gömrük Komitəsi (DGK) Gorus-Qafan avtomobil yolunda İran maşınlarından rüsum alınmasına dair ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, DGK yaydığı xəbərdə qeyd edir ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.
Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında" qanunun 24-cü maddəsinə əsasən, ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.