https://sputnik.az/20210910/Bakda-Trk-uras-lklrinin-iqtisadiyyat-nazirlrinin-iclas-balayb-427890696.html
Bakıda Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin iclası başlayıb
Bakıda Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin iclası başlayıb
Sputnik Azərbaycan
İclas zamanı türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları və s. müzakirə olunacaq. 10.09.2021, Sputnik Azərbaycan
2021-09-10T11:52+0400
2021-09-10T11:52+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
iqtisadiyyat
türk
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42317/78/423177879_0:0:3077:1731_1920x0_80_0_0_6c70197468d31f32ff92909f8af959ff.jpg
BAKI, 10 sentyabr — Sputnik. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclası işə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclas Türk Şurasının baş katibi Bağdad Amreyevin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi və Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Türkiyədən nazirlərin iştirakı ilə keçirilir.İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, 2021-ci ilin yeddi ayı ərzində Azərbaycanın türkdilli ölkələrlə ticarət dövriyyəsi 2,6 milyard manat və ya ümumi dövriyyənin 15 faizini təşkil edib. Azərbaycanın Macarıstanla ticarət dövriyyəsi isə 75 faiz artıb. Biz innovasiyaların elektron ticarətə tətbiqi üzrə türkdilli dövlətlərlə əməkdaşlığı davam etdiririk. Bir müddət əvvəl Türkiyə tərəfi ilə bununla bağlı razılıq əldə etmişik.Nazir qeyd edib ki, ölkədə elektron ticarətin artırılması üzrə işlər davam etdiriləcək:Onun sözlərinə görə, nəqliyyat sahəsində tranzit yükdaşımaların artırılması planlaşdırılır. Biz, həmçinin bərpa olunan enerji mənbələri, tullantıların təkrar emalı və yaşıl texnologiyalar sahəsində layihələr üzrə işləyirik.Nazir bildirib ki, Azərbaycan hökuməti koronavirus pandemiyası ilə mübarizəyə 2,5 milyard dollar vəsait ayırıb. Görülən tədbirlər sahibkarlara pandemiyadan az itkilərlə çıxmağa kömək etdi.O əlavə edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regional əlaqələrin inkişafı baxımından perspektivli əməkdaşlıq müstəvisidir.Qeyd edək ki, iclasda türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42317/78/423177879_0:0:2729:2047_1920x0_80_0_0_a472bc2de1058192bfbd632286a679ac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, türk, azərbaycan
xəbərlər, türk, azərbaycan
Bakıda Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin iclası başlayıb
11:52 10.09.2021 (Yenilənib: 00:04 17.11.2021) İclas zamanı türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları və s. müzakirə olunacaq.
BAKI, 10 sentyabr — Sputnik. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclası işə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, iclas Türk Şurasının baş katibi Bağdad Amreyevin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi və Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Türkiyədən nazirlərin iştirakı ilə keçirilir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, 2021-ci ilin yeddi ayı ərzində Azərbaycanın türkdilli ölkələrlə ticarət dövriyyəsi 2,6 milyard manat və ya ümumi dövriyyənin 15 faizini təşkil edib. Azərbaycanın Macarıstanla ticarət dövriyyəsi isə 75 faiz artıb. Biz innovasiyaların elektron ticarətə tətbiqi üzrə türkdilli dövlətlərlə əməkdaşlığı davam etdiririk. Bir müddət əvvəl Türkiyə tərəfi ilə bununla bağlı razılıq əldə etmişik.
Nazir qeyd edib ki, ölkədə elektron ticarətin artırılması üzrə işlər davam etdiriləcək:
"Bu baxımdan biz türkdilli ölkələrlə imzalanması nəzərdə tutulan müvafiq memorandumu hazırlayırıq".
Onun sözlərinə görə, nəqliyyat sahəsində tranzit yükdaşımaların artırılması planlaşdırılır. Biz, həmçinin bərpa olunan enerji mənbələri, tullantıların təkrar emalı və yaşıl texnologiyalar sahəsində layihələr üzrə işləyirik.
Nazir bildirib ki, Azərbaycan hökuməti koronavirus pandemiyası ilə mübarizəyə 2,5 milyard dollar vəsait ayırıb. Görülən tədbirlər sahibkarlara pandemiyadan az itkilərlə çıxmağa kömək etdi.
O əlavə edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regional əlaqələrin inkişafı baxımından perspektivli əməkdaşlıq müstəvisidir.
Qeyd edək ki, iclasda türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq.