Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Növbəti üç ildə vaksinasiya büdcə xərclərinin əsas istiqamətlərindən olacaq

© AFP 2024 / PASCAL POCHARD-CASABIANCAВакцинация подростка от коронавируса, фото из архива
Вакцинация подростка от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Abunə olmaq
2022-2025-ci illərdə dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə yönəldiləcək.
BAKI, 9 sentyabr — Sputnik. Dövlət büdcəsinin əsas xərc istiqamətləri ortamüddətli resurs zərfinə uyğun olaraq milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. 2022-2025-ci illərdə dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil və dövlət borcuna xidmətlə bağlı xərclərin maliyyələşdirilməsinə, eləcə də iqtisadi artımın davamlılığının dəstəklənməsinə yönəldiləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair sənəddə qeyd olunub.
Xərclər üzrə siyasətin əsas istiqamətləri
Ortamüddətli dövr üzrə xərclərin proqnozlaşdırılması zamanı aşağıdakı amillər əsas götürülüb:
1. Əmək haqlarının əmək məhsuldarlığı ilə uzlaşdırılmaqla artırılması;
2. Əhalinin sosial müdafiəsinin təmin edilməsi, sosial ödənişlərin indeksasiyası, əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi və sosial mənzillərin tikintisi, müharibə veteranlarının, əlil və şəhid ailələrinin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılması, insanların sağlamlığının qorunması, pandemiyanın xarakterindən və kollektiv immunitetin səviyyəsindən asılı olaraq vaksinasiya tədbirlərinin davam etdirilməsi;
3. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa işləri, Böyük Qayıdış Planına uyğun olaraq iqtisadi reinteqrasiya çağırışları fonunda bölgədə daha müasir və innovativ formatda təşkil olunacaq iqtisadi sahələrin yaradılması, infrastrukturun qurulması, əsas fəaliyyət sahələri kimi, kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizmin formalaşdırılması, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi əsasında hazırlanan "2021-2025-ci illərə dair Sosial-İqtisadi İnkişaf Strategiyası" təsdiq edildikdən sonra xərc prioritetlərində və xərc istiqamətləri üzrə ayrılan həcmlərdə müvafiq dəyişikliklər edilə bilər.
Xəbər lenti
0