https://sputnik.az/20210909/Nvbti--ild-vaksinasiya-bdc-xrclrinin-sas-istiqamtlrindn-olacaq-427883570.html
Növbəti üç ildə vaksinasiya büdcə xərclərinin əsas istiqamətlərindən olacaq
Növbəti üç ildə vaksinasiya büdcə xərclərinin əsas istiqamətlərindən olacaq
Sputnik Azərbaycan
2022-2025-ci illərdə dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə yönəldiləcək. 09.09.2021, Sputnik Azərbaycan
2021-09-09T15:30+0400
2021-09-09T15:30+0400
2021-09-09T14:27+0400
xəbərlər
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/07e5/09/08/427875799_0:69:3073:1797_1920x0_80_0_0_fa936c7768e1c4f7e4ab08273f3310a2.jpg
BAKI, 9 sentyabr — Sputnik. Dövlət büdcəsinin əsas xərc istiqamətləri ortamüddətli resurs zərfinə uyğun olaraq milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. 2022-2025-ci illərdə dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil və dövlət borcuna xidmətlə bağlı xərclərin maliyyələşdirilməsinə, eləcə də iqtisadi artımın davamlılığının dəstəklənməsinə yönəldiləcək.Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair sənəddə qeyd olunub.Xərclər üzrə siyasətin əsas istiqamətləriOrtamüddətli dövr üzrə xərclərin proqnozlaşdırılması zamanı aşağıdakı amillər əsas götürülüb:1. Əmək haqlarının əmək məhsuldarlığı ilə uzlaşdırılmaqla artırılması;2. Əhalinin sosial müdafiəsinin təmin edilməsi, sosial ödənişlərin indeksasiyası, əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi və sosial mənzillərin tikintisi, müharibə veteranlarının, əlil və şəhid ailələrinin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılması, insanların sağlamlığının qorunması, pandemiyanın xarakterindən və kollektiv immunitetin səviyyəsindən asılı olaraq vaksinasiya tədbirlərinin davam etdirilməsi;3. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa işləri, Böyük Qayıdış Planına uyğun olaraq iqtisadi reinteqrasiya çağırışları fonunda bölgədə daha müasir və innovativ formatda təşkil olunacaq iqtisadi sahələrin yaradılması, infrastrukturun qurulması, əsas fəaliyyət sahələri kimi, kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizmin formalaşdırılması, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası."Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi əsasında hazırlanan "2021-2025-ci illərə dair Sosial-İqtisadi İnkişaf Strategiyası" təsdiq edildikdən sonra xərc prioritetlərində və xərc istiqamətləri üzrə ayrılan həcmlərdə müvafiq dəyişikliklər edilə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/08/427875799_0:0:2731:2048_1920x0_80_0_0_d854a8648040b9af1845c412df3d5e2d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
Növbəti üç ildə vaksinasiya büdcə xərclərinin əsas istiqamətlərindən olacaq
2022-2025-ci illərdə dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə yönəldiləcək.
BAKI, 9 sentyabr — Sputnik. Dövlət büdcəsinin əsas xərc istiqamətləri ortamüddətli resurs zərfinə uyğun olaraq milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. 2022-2025-ci illərdə dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil və dövlət borcuna xidmətlə bağlı xərclərin maliyyələşdirilməsinə, eləcə də iqtisadi artımın davamlılığının dəstəklənməsinə yönəldiləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair sənəddə qeyd olunub.
Xərclər üzrə siyasətin əsas istiqamətləri
Ortamüddətli dövr üzrə xərclərin proqnozlaşdırılması zamanı aşağıdakı amillər əsas götürülüb:
1. Əmək haqlarının əmək məhsuldarlığı ilə uzlaşdırılmaqla artırılması;
2. Əhalinin sosial müdafiəsinin təmin edilməsi, sosial ödənişlərin indeksasiyası, əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi və sosial mənzillərin tikintisi, müharibə veteranlarının, əlil və şəhid ailələrinin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılması, insanların sağlamlığının qorunması, pandemiyanın xarakterindən və kollektiv immunitetin səviyyəsindən asılı olaraq vaksinasiya tədbirlərinin davam etdirilməsi;
3. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa işləri, Böyük Qayıdış Planına uyğun olaraq iqtisadi reinteqrasiya çağırışları fonunda bölgədə daha müasir və innovativ formatda təşkil olunacaq iqtisadi sahələrin yaradılması, infrastrukturun qurulması, əsas fəaliyyət sahələri kimi, kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizmin formalaşdırılması, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi əsasında hazırlanan "2021-2025-ci illərə dair Sosial-İqtisadi İnkişaf Strategiyası" təsdiq edildikdən sonra xərc prioritetlərində və xərc istiqamətləri üzrə ayrılan həcmlərdə müvafiq dəyişikliklər edilə bilər.