23:22 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
İQTİSADİYYAT
Qısa URL
2710

Maliyyə nazirliyi 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirlərini hesablayarkən neftin bir barelinin qiymətini daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürüb.

BAKI, 8 sentyabr — Sputnik. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək. Sputnik Azərbaycan AZƏRTAC-a xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.

O bildirib ki, növbəti addım olaraq, 2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim ediləcək.

Maliyyə Nazirliyi 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama verib. Sənədə əsasən 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb.

Teqlər:
büdcə

Əsas mövzular