https://sputnik.az/20210908/Gln-ilin-dvlt-bdcsi-layihsi-oktyabrn-15-dk-Milli-Mclisin-tsdiqin-verilck-427880525.html
Gələn ilin dövlət büdcəsi layihəsi oktyabrın 15-dək Milli Məclisin təsdiqinə veriləcək
Gələn ilin dövlət büdcəsi layihəsi oktyabrın 15-dək Milli Məclisin təsdiqinə veriləcək
Sputnik Azərbaycan
Maliyyə nazirliyi 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirlərini hesablayarkən neftin bir barelinin qiymətini daha mühafizəkar yanaşma əsasında 45 ABŞ... 08.09.2021, Sputnik Azərbaycan
2021-09-08T20:17+0400
2021-09-08T20:17+0400
2021-11-17T00:03+0400
xəbərlər
cəmiyyət
iqtisadiyyat
büdcə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41327/40/413274048_0:0:2000:1125_1920x0_80_0_0_3c26a6e4292e91ac96d8c2098de59be0.jpg
BAKI, 8 sentyabr — Sputnik. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək. Sputnik Azərbaycan AZƏRTAC-a xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.O bildirib ki, növbəti addım olaraq, 2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim ediləcək.Maliyyə Nazirliyi 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama verib. Sənədə əsasən 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41327/40/413274048_155:0:1862:1280_1920x0_80_0_0_bd0446705ae8f4b0da05c1339e5ff4f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, büdcə, azərbaycan
xəbərlər, büdcə, azərbaycan
Gələn ilin dövlət büdcəsi layihəsi oktyabrın 15-dək Milli Məclisin təsdiqinə veriləcək
20:17 08.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Maliyyə nazirliyi 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirlərini hesablayarkən neftin bir barelinin qiymətini daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürüb.
BAKI, 8 sentyabr — Sputnik. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin
sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.
Sputnik Azərbaycan AZƏRTAC-a xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi
Mais Piriyev deyib.
O bildirib ki, növbəti addım olaraq, 2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim ediləcək.
Maliyyə Nazirliyi 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama verib. Sənədə əsasən 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb.