Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avtomobil bazarında son vəziyyət

© AP Photo / Rick BowmerHibrid avtomobili, arxiv şəkli
Hibrid avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
Hazırda vətəndaşlar daha çox mühərriki kiçik olan avtomobillərə, hibrid və dizellə olan avtmobillərə üstünlük verir.
BAKI, 16 avqust — Sputnik. Ötən ilin cari dövrü pandemiyanın ilk aylarına təsadüf etdiyi üçün iqtisadiyyatda böhranlı bir dövr yarandı və bu böhran özünü bir çox sahələrdə göstərdi. Müxtəlif bazarlarda, o cümlədən də avtomobil bazarında da durğunluq yarandı. Cari ildən etibarən isə avtomobil bazarında da müəyyən canlanma nəzərə çarpır. Hazırda bazar və bu bazarın yenilənməsi - köhnə avtomobillərin  ilə bağlı vəziyyət necədir?
Nəqliyyat üzrə eskpert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb.
O bildirib ki, hazırda ölkənin avtomobil bazarında vəziyyət stabil olaraq qalır, qiymətlərdə isə nə kəskin artım, nə də ki kəskin eniş müşahidə edilir.
"Lakin bazarda müəyyən dəyişikliklər olub. Aİ - 95 premium markalı benzinin qiymətinin yüksəlməsi maşın bazarına da təsirsiz ötüşməyib. Hazırda vətəndaşlar daha çox mühərriki kiçik olan avtomobillərə, hibrid və dizellə olan avtmobillərə üstünlük verir. Ölkəmizə idxal olunan avtomobillərin sayına gəldikdə isə, bu ilin ilk yarısında ötən ilə nisbətdə bazarda 20 faizədək artım müşahidə olunur", - deyə ekspert bildirib.
Ekspert rəqəmlərə əsaslanaraq bu göstəricini müsbət qiymətləndirir: "Çünki ölkəyə avtomobil idxalıın artması iqtisadiyyatda müəyyən hərəkətliliyin, dayanaqlılığın olmasının göstəricisidir. Lakin təəssüflə qeyd edim ki ölkəyə idxal olunan avtmobillərin əksəriyyətini köhnə avtomobilər təşkil edir. Ölkəmizə gətirilən köhnə avtomobillər arasınnda mühərrik həcmi kiçik olan hibrid, dizellə çalışan avtomobilləri daha çox görə bilərik".
E.Cəfərov deyir ki, həm birinci əl, həm də ikinci əl avtomobil bazarında müəyyən aktivlik var: "Yeni avtomobillərin deyil, köhnə avtomobillərin artımı müşahidə edilir. Çünki vətəndaşlar gömrük rüsumları, avtmobil kreditlərinin faizləri yüksək olduğuna və şərtlərinin çətin olmasına görə əllərində olan 10-15 min manatla daha çox köhnə maşın ala bilirlər. Bu səbəbdən də faiz nisbətində yeni avtomobillərin sayı artmır".
O bildirib ki, hazırda Azərbaycanda Rusiya istehsalı olan yeni avtomobillərin sayında artım var. E.Cəfərovun sözlərinə görə, bu avtomobillər təhlükəsizlik standartlarına cavab verməsə, rahat olmasalar belə, onların qiyməti daha aşağı olduğundan vətəndaşlarımız Rusiya avtmobillərinə daha çox maraq göstərirlər: "Sonrakı yerdə isə avropa istehsalı olan avtomobillər dayanır. Yaponiya istehsalı olan avtomobillər, eyni zamanda da ABŞ-dan gətirilən avtomobillərə maraq var. Son illərdə artıq Çin istehsalı olan avtomobillərin də Azərbaycanda artdığını müşahidə edirik. Çinin də avtomobil istehsalçıları artıq bizim ölkəmizə müxtəlif modeellərlə çıxır və bu say da getdikcə artmaqdadır". 
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Cənubi Koreyadan 44 milyon 63 min ABŞ dolları dəyərində 6 662 yeni minik avtomobili idxal edib. Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində iki dəfəyə yaxın (96,2%), dəyər ifadəsində isə 74,6% artıb. İdxal edilən yeni avtomobillərin çoxu mühərrikinin həcmi 1 500-2 500 kub sm (23 milyon 81 min dollarlıq 3 017 vahid) olan avtomobillər olub. Sözügedən kateqoriyadakı avtomobillər həmçinin dəyər ifadəsində də idxalda ən böyük pay sahibi olub.
İlin ilk yarısında Azərbaycan Cənubi Koreyadan 206,9 min dollarlıq 28 yeni hibrid minik avtomobili idxal edib.
Bu ilin yanvar-iyun aylarında Azərbaycana Almaniyadan ümumi dəyəri 77,107 mln. ABŞ dolları olan 6 385 yeni minik avtomobili idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 52,2%, dəyər ifadəsində isə 42,6% artıb. İdxal edilən yeni avtomobillərin çoxu mühərrikinin həcmi 1 000-1 500 kub sm (8,360 mln. dollarlıq 2 374 vahid) olan avtomobillər olub. Dəyər ifadəsində isə idxalda ən böyük pay sahibi mühərriklərinin həcmi 1 500-3 000 kub sm olan (47,342 mln. dollarlıq 1 678 ədəd) nəqliyyat vasitələri olub.
Ümumilikdə isə, cari ilin ilk yarısında Almaniyadan Azərbaycana dəyəri 1,328 mln. dollar olan 24 hibrid minik avtomobili gətirilib. İdxal olunmuş tam elektrik mühərrikli avtomobillərin sayı isə 10-a bərabər olub (758,18 min dollar dəyərində).
Ümumilikdə, ilin ilk yarısında Azərbaycana xaricdən gətirilən avtomobillərin sayı 30 faiz artıb. 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan 39 643 min avtomobil idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur.
Hesabat dövründə idxal olunan avtomobillərin 36 741-i minik avtomobili olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz çoxdur. Azərbaycan bu ilin ilk yarısında 10 və daha çox sərnişin tutumlu 60 avtomobil, 36 elektromobil və 4 878 hibrid avtomobil ixrac edib. Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan yük avtomobillərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 107 faiz artaraq 2 794 ədəd təşkil edib. Hesabat dövründə Azərbaycan 397,6 milyon dollar məbləğində avtomobil idxal edib. Bu ilin yanvar-iyul aylarında Azərbaycana 474,6 milyon ABŞ dolları dəyərində 47 374 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Həmçinin oxuyun:
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb
Xəbər lenti
0