https://sputnik.az/20210815/Azerbaycanda-perakende-ticaret-dovriyyesi-artib-427704000.html
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb
Sputnik Azərbaycan
Hər ölkə sakininin payına orta hesabla ayda 327,2 manatlıq mal, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq... 15.08.2021, Sputnik Azərbaycan
2021-08-15T22:29+0400
2021-08-15T22:29+0400
2021-11-17T00:01+0400
xəbərlər
iqtisadiyyat
cəmiyyət
ticarət
pərakəndə ticarət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42412/30/424123037_0:0:3073:1728_1920x0_80_0_0_760de9a3a50c51fdb30937732ca8d8c3.jpg
BAKI, 15 avqust — Sputnik. Cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22931,1 milyon manatlıq, o cümlədən 12379,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 2,8 faiz artıb.Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 13,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.2021-ci ilin yanvar-iyul aylarında istehlak mallarının dəyər ifadəsində 27,6 faizi ticarət müəssisələri, 49,5 faizi fərdi sahibkarlar tərəfindən, 22,9 faizi isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,7 faiz, fərdi sahibkarlar üzrə 0,5 faiz artıb, bazar və yarmarkalarda isə 11,0 faiz azalıb.Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 327,2 manatlıq, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları alıb.Həmçinin oxuyun:Böyüyən iqtisadiyyatımız, ucuzlaşan kağız və dövlət borcu - həftəni nə ilə qapadıqAzərbaycanda ÜDM istehsalı artibArtan və azalan idxal məhsulları - təfərrüatlar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/30/424123037_0:0:2731:2048_1920x0_80_0_0_47a5a0053e29d2f5fc555cef04548ba9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, ticarət, pərakəndə ticarət, azərbaycan
xəbərlər, ticarət, pərakəndə ticarət, azərbaycan
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb
22:29 15.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Hər ölkə sakininin payına orta hesabla ayda 327,2 manatlıq mal, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları düşüb.
BAKI, 15 avqust — Sputnik. Cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22931,1 milyon manatlıq, o cümlədən 12379,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 2,8 faiz artıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 13,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-iyul aylarında istehlak mallarının dəyər ifadəsində 27,6 faizi ticarət müəssisələri, 49,5 faizi fərdi sahibkarlar tərəfindən, 22,9 faizi isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,7 faiz, fərdi sahibkarlar üzrə 0,5 faiz artıb, bazar və yarmarkalarda isə 11,0 faiz azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 327,2 manatlıq, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları alıb.