Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

© Sputnik / Murad OrujovРабота супермаркета в Баку за день до ужесточения карантина
Работа супермаркета в Баку за день до ужесточения карантина - Sputnik Azərbaycan, 1920, 15.08.2021
Abunə olmaq
Hər ölkə sakininin payına orta hesabla ayda 327,2 manatlıq mal, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları düşüb.
BAKI, 15 avqust — Sputnik. Cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22931,1 milyon manatlıq, o cümlədən 12379,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 2,8 faiz artıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 13,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-iyul aylarında istehlak mallarının dəyər ifadəsində 27,6 faizi ticarət müəssisələri, 49,5 faizi fərdi sahibkarlar tərəfindən, 22,9 faizi isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,7 faiz, fərdi sahibkarlar üzrə 0,5 faiz artıb, bazar və yarmarkalarda isə 11,0 faiz azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 327,2 manatlıq, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları alıb.
Həmçinin oxuyun:
Böyüyən iqtisadiyyatımız, ucuzlaşan kağız və dövlət borcu - həftəni nə ilə qapadıq
Azərbaycanda ÜDM istehsalı artib
Artan və azalan idxal məhsulları - təfərrüatlar
Xəbər lenti
0