Azərbaycan Milli İxrac Strategiyasını hazırlayıb və 2025-ci ilə kimi qeyri-neft ixracını 2 dəfəyə qədər artırmağı planlaşdırır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, qeyri-neft sektorunda ixracı iki dəfə artırmaq iddialı vəzifədir: “Qeyri-neft sektorunun inkişafını hədəfləyən ilk proqramın ortaya qoyulmasından 13 ilə yaxın bir zaman keçir. Keçən zaman ərzində qeyri-neft sektorunda ixracın həcmi 2 mlrd dollar həcminə gəlib çatıb. Bunu da real statistik məlumatlar əsasında təhlil etdikdə daha çox pay sahibi Dövlət Neft Şirkətinin İqtisadiyyat və marketinq idarəsidir. Bizim neftə bağlı olmayan qeyri-neft ixracımızın həcmi təxminən milyard yarımdır. Növbəti beş ildə planlaşdırılan layihələrin öz gücünə çatmasından sonra 800 milyonluq ixrac potensialı var. Biz son beş ildə qeyri-neft sektoruna edilən yatırımları da görürük. Ancaq o da bəllidir ki, bu investisyaların effekti aşağıdır. Çünki bizim qeyri-neft sektorunda əmək məhsuldarlığı, rəqabət, bazar münasibətləri neft sektoru ilə müqayisədə qat-qat aşağıdır”.
İlham Şabanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz