Azərbaycanda taksi xidməti: həm ucuzdur, həm də istifadəçilərinin sayı iki dəfə artıb

© © Press AZALНа территории Международного аэропорта Гейдар Алиев местных жителей и туристов будет обслуживать только одна компания такси - ООО "Bakı Taksi Xidməti"
На территории Международного аэропорта Гейдар Алиев местных жителей и туристов будет обслуживать только одна компания такси - ООО Bakı Taksi Xidməti - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
"Numbeo" məlumatlar bazasının reytinqinə görə, Azərbaycanda taksi dünyada ən ucuz xidmətlərdən biridir. DSK isə Azərbaycanda taksi istifadəçilərinin sayının iki dəfəyədək artdığını bildirib.

BAKI, 16 iyul — Sputnik. Bu ilin birinci yarısında Azərbaycanda avtobuslarla 495 196,5 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 17,5% azdır.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, 2020-ci ilin yanvar-iyun aylarında avtobus nəqliyyatı ilə 600 199,6 min sərnişin daşınıb.

Məlumata görə, hesabat dövründə minik taksilərindən 47 290,4 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 98% çoxdur. Belə ki, 2020-ci ilin yanvar-iyununda taksi xidmətlərindən 23 886,9 min nəfər istifadə edib.

Ötən il ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır. Azalma koronavirus pandemiyası çərçivəsində ötən ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

15.07.2021

Azərbaycan taksi xidmətlərinin ucuzluğuna görə də dünyada liderdir?

Azərbaycanda taksi dünyada ən ucuz xidmətlərdən biridir.

Sputnik Azərbaycan xəbər verir ki, Trend bu barədə "Numbeo" məlumatlar bazasının reytinqinə istinadən məlumat yayıb. 

Qeyd olunur ki, Azərbaycanda taksi xidmətinin qiyməti bir kilometr üçün 0,44 dollar təşkil edir.

Taksi xidmətlərinin ən bahalı olduğu ölkə isə İsveçrədir. Burada bir kilometr məsafə üçün qiymət 4,15 dollar təşkil edir. Yaponiyada sərnişinlər bir kilometr üçün 3,63 dollar, Salvadorda isə 3 dollar təşkil edir.

MDB məkanında Özbəkistanda taksi xidmətinin qiyməti bir kilometr üçün 0,2 dollar, Rusiyada 0,23, Qazaxıstanda 0,35 dollara bərabərdir.

Taksi xidməti göstərən şəxslərə xəbərdarlıq

Qeyd edək ki, ötən il Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyəti ilə məşğul olan şəxslərə pandemiya dövrü ilə bağlı xəbərdarlıq edib. Həmin xəbərdarlığa əsasən fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir.

Məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanı məqsədilə sui-istifadə hallarının qarşısının alınmasıdır. İctimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək.

Həmçinin, Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə uyğun olmalıdır.

Bütün bu qadağa və xəbərdarlıqlara baxmayaraq, Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin və şəxslərin sayı artıb. Bu isə ölkədə rəqabət mühiti yaradıb. Nəticədə taksi xidmətinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb.

Həmçinin oxuyun:

* Taksi sürücüsünə qarşı soyğunçuluq edən müştərilər saxlanılıblar

Xəbər lenti
0