18:40 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
İQTİSADİYYAT
Qısa URL
31 0 0

Layihə 118,7 milyon dollar həcmində qiymətləndirilir ki, bu məbləğin də 64 milyonu Yunanıstanın "Desfa" sistem operatoru tərəfindən investisiya olunacaq.

BAKI, 15 iyul — Sputnik. Yunanıstan və Şimali Makedoniya qaz kəmərinin tikintisi ilə bağlı razılaşma imzalayıblar. Razılaşmaya əsasən, Şimali Makedoniya Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi çərçivəsində Azərbaycandan "mavi yanacaq" alacaq. Sputnik Azərbaycan bu barədə "Angus Media"ya istinadla məlumat yayıb.

İlk mərhələdə qaz kəmərinin gücü illik 1,5 milyard kubmetr həcmində qiymətləndirilir, gələcəkdə isə 3 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur. Layihənin reallaşması 118,7 milyon dollar həcmində dəyərləndirilir ki, bu məbləğin də 64 milyonu Yunanıstanın "Desfa" sistem operatoru tərəfindən (kəmərin bu ölkənin ərazisindən keçən hissəsi) investisiya olunacaq.

Yeni kəmərin ümumi uzunluğu 160 kilometrdir və 50 kilometri Yunanıstan ərazisindən keçəcək.

Boru kəməri birləşdiricisi Yunanıstan qaz kəməri şəbəkəsini ölkənin şimali liman şəhəri olan Saloniki yaxınlığındakı klapan stansiyasında Makedoniya sərhədi ilə Avrozonanı birləşdirəcək. Buradan qazı Türkiyədən, Yunanıstandan və Albaniyadan keçirərək Azərbaycandan İtaliyanın cənubuna aparan Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulacaq.

Eyni zamanda, boru kəmərinin Makedoniya hissəsinin tikintisi artıq başa çatdırılıb. Boru kəmərinin Yunanıstan hissəsinə Yunanıstan dövləti (34%) və SENFLUGA özəl konsorsiumu (66%) investisiya qoyur. Bundan başqa, tələb olunan maliyyə vəsaitinin bir hissəsi Avropa Regional İnkişaf Fondu tərəfindən təmin olunacaq.

Rumıniya və Bolqarıstan da Azərbaycandan təbii qaz gözləyir

Bu həftə məlum oldu ki, Azərbaycan təbii qazını Bolqarıstana daşıyacaq Yunanıstan-Bolqarıstan interkonnektorunun (Interconnector Greece – Bulgaria, IGB) inşasında ən çətin mərhələ – Maritsa çayı altındakı hissənin döşənməsi başa çatıb.

"Yunanıstanla qaz kəmərinin çəkilişi razılaşdırılmış müqavilə tarixlərinə uyğun olaraq cədvəl üzrə davam edir və ən çətin iki mərhələdən biri uğurla başa çatıb - boru kəmərinin Dimitrovqrad yaxınlığındakı Maritsa çayı altından keçən hissəsi hazırdır. Bu, ilk növbədə çay yatağının mürəkkəb geologiyası səbəbindən layihədəki ən böyük texniki problemlərdən biri hesab olunurdu. Bütün proses ümumilikdə 28 gün çəkdi və son mərhələ - boru kəmərinin bütün hissəsinin döşənməsi on saatdan çox fasiləsiz iş tələb edib", – deyə şirkətdən verilən açıqlamada bildirilir.

Bundan başqa, Rumıniyanın energetika naziri Vircila Popeskunun sözlərinə görə, bu ölkə Azərbaycandan ilk qaz tədarükünün 2022-ci ilin iyul ayında gerçəkləşəcəyini gözləyir ki, bu da Yunanıstan-Bolqarıstan (IGB) təbii qaz kəmərinin tikintisi başa çatandan sonra mümkün olacaq.

TAP – Azərbaycan təbii qazını Avropaya ötürən kəmər

Azərbaycan ilk dəfə respublikada istehsal olunan qazı Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya 31 dekabr 2020-ci ildə tədarük etməyə başladı. TAP kəməri noyabrın 15-də İtaliyanın qaz paylama şəbəkəsinə müvəffəqiyyətlə qoşulduqdan sonra dekabrın 31-də Melendunyodan "SNAM Rete Gas" (SRG) vasitəsi ilə bütün İtaliyaya, Nea Mesimvriadan isə DESFA vasitəsi ilə Yunanıstan ərazisinə və Bolqarıstana nəql edildi.

TAP – Cənub Qaz Dəhlizinin bir qoludur və bu kəmər vasitəsilə Azərbaycandan Avropa bazarlarına illik 10 milyard kubmetr təbii qazın nəql olunması nəzərdə tutulur. Qaz kəmərinin gücü onun ötürmə qabiliyyətini iki dəfə, yəni illik 20 milyard kubmetrə qədər artırmağa imkan verir.

Eləcə də oxuyun:

Teqlər:
qaz, Azərbaycan, Avropa, kəmər, Bolqarıstan, İtaliya, Yunanıstan

Əsas mövzular