Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

BEA: Neftin bahalaşması dünyada iqtisadiyyatın dirçəlməsini ləngidə bilər

© AP Photo / Sunday AlambaБочки с нефтью, фото из архива
Бочки с нефтью, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.07.2021
Abunə olmaq
Sənəddə qeyd olunur ki, OPEC+ formatı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin əlavə tələblər irəli sürməsi, bu ilin avqust ayından etibarən hasilatı artırmaqla bağlı razılaşma əldə edilməməsi nəticəsində "Brent" markalı neftin 1 bareli təxminən 75 dollara satılır.

BAKI, 13 iyul — Sputnik. Dünya bazarında neft qiymətlərinin yüksəlməsi enerjidəki əvəzlənməni tezləşdirə, eyni zamanda inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın dirçəlməsini ləngidə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin növbəti aylıq hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, OPEC+ formatı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin əlavə tələblər irəli sürməsi, bu ilin avqust ayından etibarən hasilatı artırmaqla bağlı razılaşma əldə edilməməsi nəticəsində "Brent" markalı neftin 1 bareli təxminən 75 dollara satılır.

Hesabat müəlliflərinə görə, koronavirusun (COVID-19) "Delta" ştammının qarşıdakı dövrlərdə yayılması nəticəsində neft bazarında qiymətlərin necə dəyişəcəyi müəmmalıdır. OPEC+ çərçivəsində razılaşmalarla bağlı vəziyyət isə mürəkkəb olacaq, çünki bazarda tələbat ötən il azaldıqdan sonra yenidən artmağa doğru gedir:

"Neftə tələbatı ödəmək üçün emal müəssisələri fəaliyyətini artırır. Odur ki, 2021-ci ilin III rübündə neft ehtiyatlarının azı son 10 il üzrə ən çox tükənməsinin şahidi ola bilərik. Üstəlik, gediş-gəlişlə bağlı məhdudiyyətlərin ləğv olunması sürücülərin kütləvi şəkildə yollara çıxmasına gətirib çıxarıb. Belə ki, ABŞ-da son həftələrin səyahət halları pandemiyadan əvvəlkinə nisbətən xeyli çoxdur".

Sənəddə həmçinin deyilir ki, OPEC+ çərçivəsində hasilat siyasətinə dair aydınlıq yaranana qədər bazarda dalğalanmalar davam edəcək ki, nəticədə enerjidəki əvəzlənmənin nizamlı və təhlükəsiz olacağı ağlabatan görünmür. Çünki bu, nə istehsalçılara, nə də istehlakçılara sərf edir.

OPEC-in aprel razılaşması

Xatırladaq ki, bu ilin aprel ayında OPEC+ formatının iştirakçısı olan 23 ölkə gündəlik hasilatı tədricən 1,15 milyon barel artırmaq barədə razılaşıb. O cümlədən may – iyun aylarında hasilat 350 min barel, iyul ayında da 450 min barel artırılmalıdır.

Qeyri-müəyyən gələcək

İyulun 1-də OPEC Konfransının 18-ci toplantısı videokonfrans formatında keçirilib. Vyanada OPEC + nazirlərin monitorinq komitəsindəki müzakirələrdə isə iclas iştirakçıları yaxın aylarda neft hasilatında artım həcmində razılığa gələ bilməyiblər.

Məlumatlara görə, neft hasilatının dondurulması barədə beynəlxalq razılaşma tərəflərindən bəziləri neft hasilatını artırmaq üçün kvotaların bölüşdürülməsinə dair yekdil fikrə gəlməyiblər. BƏƏ və Qazaxıstan təklif olunan tövsiyəyə etiraz ediblər.

Eləcə də oxuyun:

Xəbər lenti
0