BAKI, 1 iyul — Sputnik. OPEC + nazirlərin monitorinq komitəsindəki müzakirələr cümə günü, iyulun 2-də davam edəcək. Bu gün Vyanada keçirilən görüşdə iclas iştirakçıları yaxın aylarda neft hasilatında artım həcmində razılığa gələ bilməyiblər.
İttifaq üzvlərinin məsləhətləşmələri daha bir gün davam edəcək.
Məlumatlara görə, neft hasilatının dondurulması barədə beynəlxalq razılaşma tərəflərindən bəziləri neft hasilatını artırmaq üçün kvotaların bölüşdürülməsinə dair yekdil fikrə gəlməyiblər. BƏƏ və Qazaxıstan təklif olunan tövsiyəyə etiraz ediblər.
---------
21:47
OPEC + monitorinq komitəsinin nazirləri hələ son qərara gələ bilməyiblər. Sputnik Azərbaycan-ın məlumatına görə, bir sıra ölkələr, xüsusən BƏƏ neft hasilatının azaldılması üçün istinad bazasını dəyişdirməyi xahiş edir.
Danışıqların daha bir gün uzadılması məsələsi nəzərdən keçirilir.
--------
21:02
Neft İxrac edən Ölkələr Təşkilatı və OPEC + sazişinin iştirakçıları "qara qızıl" istehsalını avqust-dekabr aylarında hər ay gündəlik 0,4 milyon barel artıra bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, KİV-lər komitədəki mənbələrə istinadla xəbər verirlər ki, bu tövsiyə alyans üzvlərinə OPEC + nazirlərin monitorinq komitəsi tərəfindən verilib.
Bundan əlavə, OPEC + neft hasilatının "dondurulması" ilə bağlı sövdələşmənin ümumi müddətinin 2022-ci ilin sonuna qədər uzadılması təklif edilib.
Beləliklə, OPEC + ölkələri tərəfindən ümumi neft hasilatı avqust-dekabr aylarında gündə 2 milyon barelə qədər artırıla bilər.
Nəticədə, ilin sonuna qədər OPEC + iştirakçıları hasilatı gündəlik 3.7 milyon barel azaldır.
-------
18:31
İyulun 1-də OPEC Konfransının 181-ci toplantısı videokonfrans formatında keçirilir.
Sputnik Azərbaycan OPEC-ə istinadla xəbər verir ki, iclasda OPEC Konfransının prezidenti, Anqolanın mineral ehtiyatlar və neft naziri Diamantino Pedro Azevedo və OPEC-in Baş katibi Məhəmməd Barkindonun çıxışları dinlənilib.
Bu gün, həmçinin OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin ("OPEC+") nazirlərinin 18-ci iclası videokonfransla təşkil ediləcək.
Xatırladaq ki, ötən ay keçirilən "OPEC+" nazirlərinin 17-cı videogörüşündə iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Toplantıda Azərbaycan da "Əməkdaşlıq Bəyannaməsi" iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 milyon barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.