13:09 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
200910

Hazırkı pandemiya dövründə bu təklif nəzərə alınarsa, ölkə iqtisadiyyatı üçün çox uğurlu bir addım atılar

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Dünyanın bəzi ölkələrində dövlət tikinti şirkətlərinə xüsusi imtiyazlar ayırır, güzəşt paketləri və kreditlər təklif edir. Bu təkliflər ölkədə tikinti fondunun inkişaf etməsinə xidmət etməklə yanaşı, ölkələrin iqtisadiyyatına fayda verir. Və eyni zamanda tikinti dövlət nəzarəti altında həyata keçirilir. Bu zaman istehlakçıların aldadılması faktları da çox nadir hallarda qeydə alınır.

Azərbaycanda isə kifayət qədər tikintisi yarımçıq qalan yeni tikilməkdə olan bina var. Bunların bəziləri vəsait bitdiyi üçün, bəziləri alıcı olmadığı üçün yarım qalır.

Mütəxəssislərin fikrincə, dövlət tikinti şirkətlərinə kreditlər ayırmaqla onları həm bu ağır vəziyyətdən çıxarmış olar, həm də iqtisadiyyata fayda gətirər.

Sputnik Azərbaycan bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də tikinti sahəsinin inkişafı üçün maraqlı bir təklif irəli sürüb.

Onun sözlərinə görə, hər zaman tikinti sektorunun ölkə iqtisadiyyatının ən aparıcı sahələrindən biri olduğu qeyd edilir.

"Bu sahənin inkişafı tikinti sahəsi ilə əlaqədar olan bütün istehsal müəssiələrini və satış mərkəzlərini işlək vəziyyətə gətirir. Tikinti sektorunu inkişaf etdirməklə və bu sahədəki müəyyən problemləri aradan qaldırmaqla iqtisadiyyatımızın çox böyük bir hissəsinin inkişaf etdirə bilərik", - deyə ekspert bildirir.

Onun fikrincə, 20 ildən artıqdır ki, sürətlə inkişaf edən bu sahə, demək olar ki, özəl sektorlardakı iş adamlarının sayəsində ayaqda qala bilir. Yalnız şəxsi vəsait ilə maliyyələşən bu sahə kicik krizislərlə üzləşən zaman iflasa uğrama təhlükəsi ilə üz-üzə qalır: "Dəfələrlə bir çox yeni tikili binanın tikintisinin yarımçıq qaldığının və oradan mənzil alan vətəndaşların fəryad etdiklərinin şahidi olmuşuq. Bu cür hallara əsas səbəb isə tikintini aparan şirkətin maliyyə vəsaitinin tükənməsi olur. Digər tərəfdən isə istər tikintilərə icazələrdə, istərsə də böyük tikintilər bitdikdən sonra onların sənədləşdirilərək özəlləşdirilməsi məsələsində hələ də ciddi maneələr mövcuddur".

Ev tikmək daha rahat olacaq! İlin sonunadək bütün tikintilərə icazə alınması asanlaşacaq>>

Ekspert bildirir ki, özəl sektoru, xüsusən də tikinti və daşınmaz əmlak sektorunu inkişaf etdirməyin ən başlıca yollarından biri də bu sahəyə az faizli kreditlərin ayrılmasıdır. Belə ki, tikinti sahəsinə qoyulan pullar çox böyük həcmlə geri dönüş edərək, iqtisadiyyatı saat mexanizmi kimi işlək vəziyyətdə saxlayır.

"Əksər tikinti şirkətləri ilkin mərhələdə öz maddi resursları ilə tikintiyə başlayır. Daha sonra bütün planlar və inşaatın davamı mənzil alıcılarının ümidinə qalır. İki ilə təhvil verilməli çoxmənzilli binaların tikintisi bəzən 3-4 il yubanır. Səbəb isə alıcı qıtlığı olur. Belə halların qarşısının alınması ücün dövlət tikinti şirkətlərinə az faizli kreditlər ayırmaqla həm bu sahəyə ciddi maliyyə dəstəyi göstərmiş olar, həm də tikinti şirkətləri öz öhdəliklərini zamanında yerinə yetirməyə imkan qazanar", - deyə E.Fərzəliyev vurğulayıb.

Ekspert hesab edir ki, bu sahəyə ayrıla bilən kreditləri ən zəmanətli kredit kimi dəyərləndirmək olar.

Çünki inkişaf etmiş ölkələrin bu sahədəki praktikalarında var ki, həmin ölkələrdə əksər hallarda banklar və tikinti şirkətləri bu işləri müştərək görərək, ortaqlıq edirlər. Bu zaman maliyyəçi bank, inşaat işlərini aparan isə tikinti şirkətləri olur: "Əlavə olaraq banklar həmin binalardakı mənzilləri kreditlə satmaqla belə faizlərdən cox böyük vəsaitlər əldə edirlər".

E.Fərzəliyev bildirir ki, hazırkı pandemiya dövründə bu təklif nəzərə alınarsa, ölkə iqtisadiyyatı üçün çox uğurlu bir addım atılar.

Əlaqədar

Yağışdan sonra yaranan vəziyyətə görə günahkar həm də Hacıbala Abutalıbov imiş
Bakıda qanunsuz tikilən obyekt sökülüb - VİDEO
"Ölmüş" biri ilə birlikdə yaşayarsınız? - Xəbəriniz yoxdur, amma yaşayırsınız
Postpandemiya dövründə daşınmaz əmlakın qiyməti kəskin dəyişəcək - SƏBƏB
Sənədsiz evlər dövlət təhlükəsizliyinə problemdir - Günahkarlar nə vaxt cavab verəcəklər

Əsas mövzular