15:07 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
1720

Norveç dünya bazarında neft bolluğunu daha da artırmaq qərarına gəlib. Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov Radio Sputnik-in efirində Norveçin neft hasilatını artıracağı təqdirdə vəziyyətin necə inkişaf edəcəyindən danışıb.

BAKI, 31 mart — Sputnik. Norveç neftin qiymətinin aşağı olmasına baxmayaraq, dünya bazarında onun həcmini daha da artırmağı planlaşdırır. Bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Norveçin "Equinor ASA" dövlət neft şirkəti mayda Şimal dənizindəki Yohan Sverdrup yatağında hasilatı sutkada 470 min barrelə qədər artırmağı planlaşdırır.

Agentlik qeyd edir ki, hasilatın artımı vaxtından ən azı bir ay əvvəl (yəni mayda) və proqnozlaşdırılan həcmdən sutkada 30 min barrel daha çox olacaq ki, bu da həddindən artıq hasilat və neft müharibəsi şəraitində bazarda vəziyyəti mürəkkəbləşdirəcək.

Bununla yanaşı, 2022-ci ilin sonunda Norveçin sutkada 690 min barrel hasil etməsi nəzərdə tutulur.

Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov Radio Sputnik-in efirində bu planların yerinə yetiriləcəyinə dair şübhə ifadə edib. (https://radiosputnik.ria.ru/20200331/1569383446.html)

"Hasilatı sutkada 3 milyon barel artıracağını bəyan etmiş Səudiyyə Ərəbistanından fərqli olaraq, onların (norveçlilərin – red.) nəzərdə tutduqları artım o qədər də böyük deyil. Odur ki, Norveç tərəfindən əlavə həcmlər o qədər də böyük görünmür. Amma sual yaranır: bazar yeni həcmləri həzm edəcəkmi? Düşünürəm ki, bazardakı vəziyyət səbəbindən Norveç şirkəti planlarına düzəlişlər edə bilər", – Yuşkov bildirib.

Onun sözlərinə görə, bazarda bu qədər neft heç kimə lazım deyil.

"Hazırda Avropanın neft emalı zavodları nəinki əlavə həcmlərdən imtina edirlər, onlar prinsipcə emalı ixtisar edirlər, çünki karantin tədbirləri səbəbindən Avropaya sadəcə bu qədər neft məhsulları lazım deyil. Bir ay ərzində bütün neft ehtiyyatları dolacaq ki, bu zaman yalnız istehlakın deyil, həm də tələbatın real azalması başlayacaq. Avropalılar prinsipcə nefti almaqdan imtina edəcəklər. 

Buna görə də, norveçlilərin bu əlavə həcmləri kimə satmağa hazırlaşdıqları böyük bir sual olaraq qalır", – ekspert qeyd edib.

OPEC+ ölkələri martın əvvəlində nə neft hasilatının azaldılması haqqında Sazişin parametrlərinin dəyişdirilməsi, nə də sövdələşmənin uzadılması barədə razılığa gələ biliblər. Ər-Riyad hasilatın əlavə olaraq azaldılmasında israr edirdi, lakin bu, hazırkı şərtlərin saxlanılmasını təklif edən Moskvanı qane etmirdi.

Aprelin 1-dən etibarən OPEC+ sövdələşməsinin iştirakçıları bir-biri qarşısında heç bir öhdəliyə malik olmayacaqlar. Səudiyyə Ərəbistanı hasilatı artıracağını, qiymətləri aşağı salacağını və nefti avropalı alıcılara endirimlə böyük həcmdə təklif edəcəyini elan edib. Bu, dünya bazarlarında neft kotirovkalarının çökməsinə gətirib çıxarıb.

Əsas mövzular