Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nə gətirilib, nə aparılıb – Statistikamız var

© REUTERS / Kim Hong-JiГрузовик проезжает между контейнерами в порту Инчхон в Южной Корее, фото из архива
Грузовик проезжает между контейнерами в порту Инчхон в Южной Корее, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2019-cu ilin yanvar-oktyabr aylarında buğda idxalı 46 faiz, xam şəkər və şəkər – 1,7 dəfə, təzə meyvə – 2,2 faiz, bitki yağları – 2,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 16,6 faiz, çay – 2,1 faiz, kartof – 36,5 faiz və s. artıb

BAKI, 17 dekabr — Sputnik. 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 180 ölkədən idxal edilib.

Корзина с покупками в супермаркете - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Xarici ticarətdə idxal və ixrac rəqəmləri açıqlandı – Maraqlı statistika var

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 27436,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15981,4 milyon dollar, idxalın dəyəri 11455,3 milyon dollar təşkil edib. Nəticədə 4526,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,4 faiz artıb, real ifadədə isə 1,3 faiz, o cümlədən idxal 2,8 faiz, ixrac 0,5 faiz azalıb. Bu dövr ərzində ölkədən 1572,9 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 11,3 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,4 faizini İtaliyaya, 13,8 faizini Türkiyəyə, 6,9 faizini İsrailə, 5,7 faizini Hindistana, 4,9 faizini Almaniyaya, hər biri 4,2 faiz olmaqla Çin və İspaniyaya, 3,4 faizini Rusiyaya, 3,2 faizini Fransaya, 2,9 faizini Gürcüstana, 2,8 faizini Çexiyaya, 2,3 faizini Birləşmiş Krallığa, 2,1 faizini Portuqaliyaya, 1,9 faizini Ukraynaya, 12,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9 faiz), Türkiyəyə (20,6 faiz), İsveçrəyə (9,4 faiz), Gürcüstana (8,4 faiz), Ukraynaya (2,5 faiz), İtaliyaya (2,3 faiz), Çinə (2,2 faiz), Yunanıstana (2,2 faiz), Niderlanda (1,4 faiz), İrana (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,3 faizi Rusiya, 11,6 faizi Türkiyə, 10,6 faizi İsveçrə, 9,4 faizi Çin, 6,0 faizi ABŞ, 5,1 faizi Almaniya, hər biri 3,4 faiz olmaqla Kanada, İran və Ukrayna, 2,7 faizi İtaliya, 2,6 faizi Avstraliya, 1,9 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Yaponiya, 20,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-oktyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 20,1 faiz, şəkər – 45,6 faiz, tütün – 1,8 dəfə, meyvə və tərəvəz şirələri – 30,6 faiz, çay – 7,1 faiz, meyvə və tərəvəz konservləri – 2,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 42,2 faiz, pambıq lifi – 52,4 faiz, emal olunmamış alüminium – 29,1 faiz, polietilen – 10,1 faiz, pambıq ipliyi – 34,9 faiz, bentonit gili – 12,9 faiz artıb, təzə tərəvəz ixracı isə 7,3 faiz, kartof – 7,2 faiz, bitki yağları – 18,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 22,5 faiz, qara metallardan yarımfabrikatlar – 17,5 faiz, qara metallardan borular – 82,7 faiz azalıb.

Elşad Məmmədov - Sputnik Azərbaycan
Professor ixrac rüsumlarının qaldırılmasının önəmindən danışır

2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2019-cu ilin yanvar-oktyabr aylarında buğda idxalı 46,0 faiz, xam şəkər və şəkər – 1,7 dəfə, təzə meyvə – 2,2 faiz, bitki yağları – 2,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 16,6 faiz, çay – 2,1 faiz, kartof – 36,5 faiz, quş əti və onun əlavə məhsulları – 10,0 faiz, mal əti – 3,2 faiz, təzə tərəvəz – 30,0 faiz, minik avtomobilləri – 1,8 dəfə, polad prokatı – 29,4 faiz, mineral gübrələr – 33,6 faiz, hesablama maşınları, blok və qurğuları – 42,1 faiz, rezin şinlər – 15,6 faiz, avtobuslar – 2,5 dəfə, mebellər – 3,2 faiz, məişət kondisionerləri – 1,6 dəfə, yük avtomobilləri – 1,7 dəfə, polietilen – 20,8 faiz, paltaryuyan maşınlar – 10,1 faiz, qara metallardan künclüklər – 19,5 faiz artıb, siqaret idxalı isə 52,2 faiz, qara metallardan borular – 15,1 faiz, qara metallardan çubuqlar – 18,4 faiz, sement və sement klinkerləri – 20,6 faiz, məişət soyuducuları – 14,0 faiz azalıb.

Xəbər lenti
0