08:00 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Fındıq

Avropa Azərbaycan fındığını bəyənməyə başlayıb

© Sputnik / Shahperi Abbasova
İQTİSADİYYAT
Qısa URL
18 0 0

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, halbuki 2017-ci ilin yanvar ayından Agentliyin fəaliyyətə başladığı tarixədək bu cür imtina hallarının sayı 36 olub

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 dekabr - Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi funksiyalarını həyata keçirməyə başladığı 2018-ci ilin 1 iyul tarixindən Avropa İttifaqının qida və yeyinti məhsulları üzrə çevik xəbərdarlıq sistemi vasitəsilə ölkəmizdən Aİ-yə ixrac olunan fındıq məhsullarının yalnız 11 dəfə imtina halı müşahidə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu dekabrın 4-də Bakıda keçirilən ECO Kənd Təsərrüfatı Nazirlərinin VI iclasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

AQTA sədri bildirib ki, halbuki 2017-ci ilin yanvar ayından Agentliyin fəaliyyətə başladığı tarixədək bu cür imtina hallarının sayı 36 olub. Bütün bu sadalanan tədbirlər ölkəmizə qida təhlükəsizliyi sisteminin yüksələn xətlə inkişaf etdiyinin və ixrac potensialının genişləndirilməsinin əyani göstəricisi kimi qəbul oluna bilər.

Əsas mövzular