21:12 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Dövlət Gömrük Komitəsinin binası

Gömrükdə sahibkarların işi asanlaşır

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
15 0 0

Dövlət agentliyi "dost"larının sayını artırır

BAKI, 13 iyul — Sputnik. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Kiçik və Orta Biznesin Dostu" - "KOB Dostu" Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində fəaliyyətə başlayıb.

  Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakı Baş Gömrük İdarəsinin inzibati binasında "KOB Dostu"nun iş prosesi ilə tanış olublar.

"KOB Dostu"nun Bakı Baş Gömrük İdarəsində fəaliyyəti həmçinin KOB-ların müvafiq sahə ilə bağlı müraciətlərinin KOBİA-nın və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-özəl əməkdaşlığı çərçivəsində operativ həll olunmasına imkan verəcək. "KOB Dostu" ilə birgə burada "KOB könüllüləri" də fəaliyyət göstərəcəklər.

Məlumat üçün bildirək ki, "KOB Dostu" mexanizmi KOBİA-nın mikro, kiçik və orta sahibkarlara mühüm dəstək mexanizmlərindəndir. Artıq ölkənin 14 şəhər və rayonunda KOB dostları fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta sahibkarlara mövcud dövlət dəstəyi mexanizmləri, eləcə də Agentliyin müxtəlif xidmətləri vasitəsilə dəstək göstərirlər.  

Əsas mövzular