CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Altmış kilo qəlyan tütünü gömrükdə "ilişdi"

CC0 / joiito / hookahКальян, фото из архива
Кальян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Samur" postunda avtomobilə baxış zamanı 60 dəmir qutu aşkar edilib

BAKI, 2 iyul — Sputnik. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz 0303" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan olunmayan 60 ədəd 1 kq-lıq dəmir qablaşdırmada qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0