Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Buğda idxalı ciddi artıb: Qiymətlərlə bağlı şübhələr var

CC0 / kirahoffmann / Wheat Field Buğda sahəsi, arxiv şəkli
Buğda sahəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Azərbaycanda əsasən də çörəkdə kəskin və nəzərəçarpacaq qiymət artımı müşahidə olunmayıb"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 may — Sputnik. Bu ilin yanvar-aprel aylarında Azərbaycan 117 milyon ABŞ dolları məbləğində 518 min 704 ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 46 milyon 109 min dollar (65%), həcm baxımından isə 111 min 862 ton (27,5%) çoxdur. Ötən dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,6%-ni təşkil edib.

Çörək - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Un ucuzlaşdı – Çörək də ucuzlaşacaqmı?

Buğda idxalında artım ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda yerli buğda növləri tələbatı ödəmək üçün kifayət deyil: "Burada keyfiyyət və məhsuldarlıq problemi var. Ona görə də daha keyfiyyətli məhsulların Rusiyadan, Ukraynadan, Qazaxıstandan idxal edib un üyütmə prosesində onlardan istifadə etmək məcburiyyəti yaranır. Dəyirmanlarda 100 kiloqram buğdanı keyfiyyətli una çevirmək üçün ona maksimum 30 kiloqram əlavə Azərbaycan buğdası qatılır. Bu, Azərbaycan buğdasının keyfiyyətinin aşağı olmasından qaynaqlanır".

"Azərbaycanda əhalinin, ölkəyə gələn turistlərin sayı artdıqca istehlak da artır. İstehlak artdıqca un və un məmulatları üçün xaricdən daha çox keyfiyyətli buğda gətirmək zərurəti yaranır. Ona görə də Azərbaycana xaricdən gətirilən buğdanın həcmi hər il artır. Bu ilin 4 ayında da ciddi artım qeydə alınıb" – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, buğda idxalında artımın qiymətlərə müəyyən təsiri olub: "Bir müddət öncə un məmulatların qiymətində artım müşahidə olunurdu. İdxaldan asılılıq olduğu üçün xaricdə qiymət dəyişikliyi baş verən zaman bu, Azərbaycanda qiymətlərə təsir edir. Azərbaycanda əsasən də çörəkdə kəskin və nəzərəçarpacaq qiymət artımı müşahidə olunmayıb. Çünki istehsalçılar çörəyə bir az spesifik yanaşır. Əhalinin qiymətlərə həssas olduğunu nəzərə alan istehsalçılar qiyməti artırmır, çörəyin çəkisini azaldır. İdxaldan asılılıq yüksək olduqca xaricdə qiymət dəyişkənliyi istər-istəməz bir müddət sonra Azərbaycanda da qiymətlərə təsir edir".

Qeyd edək ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci ilədək vergidən azad olunub. Bununla bağlı Azərbaycan Prezidenti Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu mart ayında imzalayıb. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.

 

Xəbər lenti
0