Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Un ucuzlaşdı – Çörək də ucuzlaşacaqmı?

© Sputnik / Fuad HasanovÇörək
Çörək - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər çörəyin qiyməti ilə bağlı proqnozlarını açıqlayıblar

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Un istehsalı və satışını həyata keçirən "Karat Holdinq" MMC unun topdansatış qiymətini aşağı salıb. Şirkətdən verilən məlumata görə, idxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin aşağı düşməsi imkanı yaradıb və

Çörək, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Çörək istehsal edənlər üçün şad xəbər
 bununla bağlı unun topdansatış qiyməti aşağı salınıb. Topdansatış qiyməti 25.95 manat olan 1 kisə 50 kq-lıq "Karmen" ununun topdansatış qiyməti aprelin 10-dan 25,45 manat müəyyən edilib. Bu, tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaq.

"Karat Holdinq" MMC-nin unun topdansatış qiymətini aşağı salması çörəyin qiymətinə təsir edəcəkmi? Ekspertlər məsələni Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda çörək və un məmulatları ilə bağlı qiymətlərin tez-tez oynaması onu göstərir ki, yerli buğda istehsalının keyfiyyətinin artırılmasında yarar var: "İlk olaraq bundan başlamaq lazımdır, çünki qiymət artımı nəticədir, səbəb deyil. Səbəb odur ki, yerli buğda növlərinin keyfiyyətli məhsul istehsalında istifadə olunması məhduddur. Ona görə də yerli buğdanın keyfiyyətinin qaldırılması ilə bağlı ciddi işlər görülməlidir ki, xaricdən asılılıq azalsın və xaricdən gətirilən buğdanın qiymətinin çörək və un məmulatlarının qiymətinə təsirinin qarşısı alınsın".

Ekspert indiki şəraitdə bir şirkətin qiyməti aşağı salması tez bir zamanda bazara təsir edəcəyini düşünmür: "Çünki bazar gözləmə mövqeyində olacaq ki, digər şirkətlərdən hansı addımlar atılacaq. Yaxın günlərdə digər şirkətlərdən müvafiq addımlar atılmasa, bazarda ucuzlaşma baş verməsə, çörək və un məmulatlarının qiymətində dəyişikliyin olacağını düşünmürəm. Digər şirkətlərdə də qiymətin ucuzlaşması baş versə, çörək və un məmulatlarının qiymətində ucuzlaşmadan danışmaq mümkün olacaq".

Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan
Millət vəkili: “Çörək israfına qarşı qanun layihəsinin qəbul edilməsi mümkündür”

"Bir müsbət məqamı da deyim ki, bu ayın sonu və gələn ayın əvvəlindən buğda idxal etdiyimiz ölkələrdə yeni məhsulun yığımı başlayacaq. Yeni buğdanın çıxması dünya bazarlarında qiymətlərə müsbət təsir edir və buğdanın ucuzlaşmasına səbəb olur. Son vaxtlar dünyada buğdanın qiymətində enmələr bu gözləntilərdən doğur. Bu baxımdan Azərbaycanda da xaricdən gətirilən buğdadan asılı olan istehsal müəssisələrində unun qiymətində ucuzlaşma baş versə, bu, çörək və un məmulatlarının qiymətinin aşağı düşməsinə səbəb ola bilər" – deyə o bildirib.

İqtisadçı-ekspert Fuad İbrahimov isə deyib ki, əgər məhsulun baza qiyməti ucuzlaşırsa, inhisarçılıq yoxdursa, onun pərakəndə satışında ucuzlaşma baş verə bilər: "Dünya birjalarında buğdanın qiyməti düşüb. Eyni zamanda, idxalçı şirkət özü də maliyyə vəziyyəti və rəqabət ilə əlaqədar olaraq qiymətləri ucuzlaşdıra və ya bahalaşdıra bilər. Amma indiki vəziyyət dünya birjalarında buğdanın qiymətinin aşağı düşməsi ilə bağlıdır".

Xəbər lenti
0