15:27 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Kredit verilməsi

Banklar öz qapılarını yenidən əhalinin üzünə açmağa başlayıb - Kreditlər qayıdır

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
1253701

Hazırda banklar əhaliyə kredit verilməsini nisbətən bərpa etməyə başlayıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 avqust — Sputnik. 2018-ci ildə Azərbaycan banklarının kredit portfeli 5-10 faiz artacaq. Bu barədə "Moody"s" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Agentliyin mütəxəssislərinin fikrincə, iqtisadi artımın bərpa olunması kreditlərə tələbatın artmasına səbəb olacaq. "Bu, əsasən, əhaliyə kreditlərin artması hesabına baş verəcək. Eyni zamanda, 2018-ci ildə korporativ kreditləşmə dinamikası zəif olacaq" — deyə hesabatda bildirilir.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, prinsipcə, 2018-ci ildə bankların kredit portfelinin artacağı gözlənilir və bunun üçün zəmin var: "Bu ilin əvvəlindən başlayaraq Mərkəzi Bank 3 dəfə uçot dərəcəsini azaldıb. Uçot dərəcəsi Mərkəzi Bankın banklara verdiyi kreditin faiz dərəcəsidir. Yəni banklar üçün Mərkəzi Bankın kredit vəsaitləri ucuzlaşıb".

"Və Mərkəzi Bank nisbətən də olsa, həmin kreditləri banklara verir. Uçot dərəcəsi ilin əvvəlinə 15 faiz idi, indi isə 10 faizdir. Mərkəzi Bankın banklara verdiyi kreditlər artıb. Buna görə banklar da öz növbəsində kredit verməyə başlayıb" — ekspert bildirib.

Onun sözlərinə görə, dövlət başçısının təşəbbüsü ilə aparılan bəzi iqtisadi layihələrə də vəsaitlər qoyulur: "Təbii ki, bunlar da kredit tələb edir. Yəni, qismən 2018-ci ildə bankların kredit portfelində artım gözləniləndir. Amma Mərkəzi Bank banklara vəsait verməsə, ola bilər, bu artım özünü doğrultmasın".

Ə.Həsənov əlavə edib ki, banklar əhaliyə kreditləri yenə də bərpa etməyə çalışır: "Maliyyə Bazarlarına Nəzarət Palatasının məsuliyyətli kredit konsepsiyasına əsasən, banklar üçün əhaliyə kredit vermə çətinləşib. Amma hazırda banklar əhaliyə kredit verilməsini nisbətən bərpa etməyə başlayıb".

"Bunun alt səbəbi neftin qiymətinin artmasıdır. Yəni iqtisadiyyata əlavə vəsaitlər qoyulur, bu da öz növbəsində banklara, əhaliyə çatır" — deyə müsahibimiz vurğulayıb.

İqtisadçı-ekspert Sabit Bağırov isə cari ildə bankların kredit portfelinin 5-10 faiz artacağına inanmır: "Həm banklar, həm də əhali o qədər borclanıb ki… Bu qədər artımın olması problemli görünür".

Əlaqədar

Mərkəzi Bank xarici valyutaların məzənnəsini dəyişdi
Bayram günlərində bankların iş rejimi məlum oldu
Bakıda bank işçisinin evindən 50 min dollar oğurlanıb
Bankların girovluğunda olan avtomobillərlə bağlı müdhiş faktın üstü açıldı
Teqlər:
Əkrəm Həsənov, faiz, əhali, ekspert, kredit, Azərbaycan, bank

Əsas mövzular