Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Manatla kreditlərin verilməsi daha sərfəlidir”

© Photo : Facebook / natig.jafarliNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bu, bankların sağlamlaşdırılması baxımından onların özlərinə də xeyirdir

Natiq Cəfərli: “Banklar çətin vəziyyətə düşmək istəmirlər”
Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi aşağı düşüb. İyulun 1-nə banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il iyulun 1-nə 62,4% təşkil edib. Bu nisbət iyunun 1-də 62,9% olub. 

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, manatın məzənnəsi sabit olduğuna görə, əhalinin bir qismi xarici valyuta ilə olan depozitlərini manata çevirməyə başlayıb:

“Çünki manatla olan depozitlərin faiz dərəcəsi kifayət qədər yüksəkdir. Dollarla müqayisədə təxminən 3 dəfə fərq var. Ona görə də, banklarda dollarlaşma nisbətən azalıb. Bu bankların sağlamlaşdırılması baxımından özlərinə də xeyirdir. Çünki gələcəkdə hər hansı məzənnə dəyişikliyi olarsa, çətin vəziyyətə düşmək istəmirlər. Manatla kreditlərin verilməsi və depozitlərin götürülməsi risk menecmenti baxımından da daha sərfəlidir”.

Qeyd edək ki, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il iyulun 1-nə 8 109,3 mln. manat təşkil edib ki, bunun da 5 060,6 mln. manatı xarici valyutada yerləşdirilib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0