10:57 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev

İşsizliyin azaldılması yolunda önəmli addım

© Sputnik / Kemale Aliyeva
İQTİSADİYYAT
Qısa URL
19210

Əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə sosial evlərin tikilməsi üçün keçən illə müqayisədə 50 milyon manat artıq vəsait ayrılıb

BAKI, 21 dekabr — Sputnik. Dövlət büdcəsində keçən illə müqayisədə 4 milyardlıq artım var. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib.

O bildirib ki, gələn ilin büdcəsi dövlətin bir sıra prioritetlərinin önə çəkilməsinə şərait yaradır: "Gələn ilin dövlət büdcəsində sosial yönümlü ayırmalarda insan inkişafı əsas götürülür. Səhiyyə və təhsil xərclərinin artırılması bunun bariz nümunəsidir".

"Həmçinin ölkədə peşə təhsilinin inkişafına diqqətin artırılması, gənclərin işsizliyinin azaldılması üçün atılan addımlar da önəm daşıyır. Gələn il sosial müdafiə və təminat xərclərinin artırılması üçün bir sıra tədbirlər nəzərdə tutulub. Əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə sosial evlərin tikilməsi üçün keçən illə müqayisədə 50 milyon manat artıq vəsait ayrılıb. Həmçinin gələn il dövlət əsaslı investisiya qoyuluşu da 4 milyarddan artıq olacaq" — Atakişiyev bildirib.

Əlaqədar

Ölkə 2018-ci ildə hansı büdcə ilə yaşayacaq
Bu xəbəri oxuyaq və büdcəmizi təkrar gözdən keçirək
Dövlət büdcəsi təsdiq edildi: Məbləğ açıqlandı
Bayramov: “Büdcəni yalnız deputatlar müzakirə etməli deyil”
Azərbaycanda son üç ilin ən böyük dövlət büdcəsi - Məbləğ açıqlandı
Teqlər:
Ruslan Atakişiyev, sosial müdafiə, dövlət büdcəsi, vəsait, səhiyyə, təhsil

Əsas mövzular