00:32 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
172 0 0

Yaponiyada illik ipoteka faziləri 1.2, Azəbaycanda isə 7-dir

BAKI, 4 dekabr — Sputnik. Ekspertlər daha sərfəli qiymətə ipoteka krediti götürməyin mümkün olduğu 10 ölkənin reytinqini tərtib ediblər.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Yaponiyada ipoteka üzrə faiz dərəcələri illik 1.2 faiz olmaqla ən aşağı hesab edilib.

Yaponiyada ev baha olduğundan, əksər yaponlar onu kreditlə alırlar. Tokioda mənzilin bir kvadrat metri orta hesabla təqribən 7-8 min dollardır.

Siyahıda ikinci yeri faiz dərəcəsinin 1.42 olduğu İsveçrə qərarlaşıb. Qeyd edək ki, bu ölkədə gələcək ipotekaçılar üçün şərtlər olduqca güzəştlidir.

Reytinqdə üçüncü yeri Finlandiya (1,53%), dördüncü yeri İsveç (1,87%) tutub. Liderlər "beşliyi"ni 1.92 faiz dərəcəsi ilə Sloveniya qapayır.

Xatırladaq ki, Azərbaycanda ipoteka kreditlərinin illik faiz dərəcəsi cari ilin noyabrına qədər 8% olub. Cari ilin noyabrında faizlər aşağı salınıb və hazırda 7% təşkil edir.

Əlaqədar

İpoteka ilə ev almaq istəyənlərə xoş xəbər
İpoteka ilə bağlı mühüm qərar verildi
Osmanlı: “İpoteka ilə bağlı yeni qaydalar qiymətlərə təsir etməyəcək”
İpoteka şərtlərindən narazılıq: "Şapka"sıza ev yoxdur
"İlkin ödənişsiz ipoteka krediti verilməsi mümkün olacaq"
Teqlər:
Sloveniya, ipoteka, Finlandiya, Tokio, faiz, İsveçrə, İsveç, ipoteka krediti, Azərbaycan, Yaponiya

Əsas mövzular