Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünyada ən ucuz ipoteka kreditləri bu ölkədədir

CC0 / AlexanderStein / homeМакет дома на калькуляторе
Макет дома на калькуляторе - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiyada illik ipoteka faziləri 1.2, Azəbaycanda isə 7-dir

BAKI, 4 dekabr — Sputnik. Ekspertlər daha sərfəli qiymətə ipoteka krediti götürməyin mümkün olduğu 10 ölkənin reytinqini tərtib ediblər.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Yaponiyada ipoteka üzrə faiz dərəcələri illik 1.2 faiz olmaqla ən aşağı hesab edilib.

Yaponiyada ev baha olduğundan, əksər yaponlar onu kreditlə alırlar. Tokioda mənzilin bir kvadrat metri orta hesabla təqribən 7-8 min dollardır.

Siyahıda ikinci yeri faiz dərəcəsinin 1.42 olduğu İsveçrə qərarlaşıb. Qeyd edək ki, bu ölkədə gələcək ipotekaçılar üçün şərtlər olduqca güzəştlidir.

Reytinqdə üçüncü yeri Finlandiya (1,53%), dördüncü yeri İsveç (1,87%) tutub. Liderlər "beşliyi"ni 1.92 faiz dərəcəsi ilə Sloveniya qapayır.

Xatırladaq ki, Azərbaycanda ipoteka kreditlərinin illik faiz dərəcəsi cari ilin noyabrına qədər 8% olub. Cari ilin noyabrında faizlər aşağı salınıb və hazırda 7% təşkil edir.

Xəbər lenti
0