00:04 24 Sentyabr 2017
Canlı yayım
Mərkəzi Bank

Mərkəzi Bankın səyləri nəticə vermədi

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
23 0 0

Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi məsələsi müzakirə olunub

BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 15-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi məsələsi müzakirə olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, komitə sədri Ziyad Səmədzadə Mərkəzi Bankın rəhbərliyinin Xəqani Abdullayevin işdən ayrılmaması üçün əlindən gələni etdiyini söyləyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın rəhbərliyi çox çalışırdı ki, X. Abdullayev işdən ayrılmasın: "O, çox savadlı və peşəkar kadrdır".

Komitə sədrinin sözlərinə görə, X. Abdullayevin vəzifəsindən azad olunması ilə bağlı komitənin rəyi var.

Qeyd edək ki, dövlət başçısı avqustun 1-də X. Abdullayevin vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb.

Əlaqədar

Mərkəzi Bankın sədri dəyişdi
İctimai rəyin yeni ünvanı – Milli Sorğu Mərkəzi
Mərkəzi Qan Bankının şöbə müdirinin qanını tökdülər
Mərkəzi Bank Beynəlxalq Bankın lisenziyasını geri çağırıb
Ehtiyatımızı hansı valyutada saxlayaq - Mərkəzi Bank deyir ki...
Teqlər:
Mərkəzi Bankın İdarə Heyəti, Mərkəzi Bank, Xəqani Abdullayev, Ziyad Səmədzadə

Əsas mövzular