BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 15-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi məsələsi müzakirə olunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, komitə sədri Ziyad Səmədzadə Mərkəzi Bankın rəhbərliyinin Xəqani Abdullayevin işdən ayrılmaması üçün əlindən gələni etdiyini söyləyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın rəhbərliyi çox çalışırdı ki, X. Abdullayev işdən ayrılmasın: "O, çox savadlı və peşəkar kadrdır".
Komitə sədrinin sözlərinə görə, X. Abdullayevin vəzifəsindən azad olunması ilə bağlı komitənin rəyi var.
Qeyd edək ki, dövlət başçısı avqustun 1-də X. Abdullayevin vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb.