23:52 23 Sentyabr 2017
Canlı yayım
Manat və dollar

Əks dollarlaşma niyə dayanıb?

© Sputnik / Anar Mustafayev
İQTİSADİYYAT
Qısa URL
2038 0 0

Bu ilin əvvəlində əmanətlərdə dollarlaşma 81%-dən yüksək idi

BAKI, 11 sentyabr — Sputnik. 01 avqust 2017-ci il tarixinə fiziki şəxslərin banklardakı əmanətlərinin  73,4 faizi xarici valyutada olub. Sputnik Azərbaycan “Marja”ya istinadla xəbər verir ki, Mərkəzi Bankın statistikasına görə, iyulun 1-də də bu nisbət 73,4% idi.

İyulda əmanətlər 6 milyard 907.1 milyon manatdan 6 milyard 860.7 milyon manata (46,4 milyon manat azalma), o cümlədən xarici valyutada olan əmanətlər 5 milyard 68.7 milyon manatdan 5 milyard 38.7 milyon manata (30 milyon manat azalma), milli valyutada olan əmanətlər isə 1 milyard 838.4 milyon manatdan 1 milyard 822 milyon manata düşüb (16,4 milyon manat azalma).

Bu ilin əvvəlində əmanətlərdə dollarlaşma 81%-dən yüksək idi.

Əlaqədar

İlin sonuna 1 dollar 3 manat olacaqmı?
ABŞ-dakı hadisə dolların taleyinə təsir edə bilər
Azərbaycanda dollar ucuzlaşdı
Dollar qəflətən bahalaşdı
Dolların bayramdan sonra neçəyə olacağı açıqlandı
Teqlər:
əmanət, Mərkəzi Bank, manat, dollar

Əsas mövzular