BAKI, 11 sentyabr — Sputnik. 01 avqust 2017-ci il tarixinə fiziki şəxslərin banklardakı əmanətlərinin 73,4 faizi xarici valyutada olub. Sputnik Azərbaycan “Marja”ya istinadla xəbər verir ki, Mərkəzi Bankın statistikasına görə, iyulun 1-də də bu nisbət 73,4% idi.
İyulda əmanətlər 6 milyard 907.1 milyon manatdan 6 milyard 860.7 milyon manata (46,4 milyon manat azalma), o cümlədən xarici valyutada olan əmanətlər 5 milyard 68.7 milyon manatdan 5 milyard 38.7 milyon manata (30 milyon manat azalma), milli valyutada olan əmanətlər isə 1 milyard 838.4 milyon manatdan 1 milyard 822 milyon manata düşüb (16,4 milyon manat azalma).
Bu ilin əvvəlində əmanətlərdə dollarlaşma 81%-dən yüksək idi.