10:05 24 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9496
ABŞ dollarları, arxiv şəkli

Bir gündə 500 min dollar qazandıq

CC0 / Maklay62 / US dollars
İQTİSADİYYAT
Qısa URL
922 0 0

Azərbaycan neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb

BAKI, 12 may — Sputnik.  Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1 dollar və yaxud 1,96% artıb. "Azeri LT CIF" markalı neftin qiyməti 51,99 dollar/barelə bərabər olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, WTI markalı neft 0,05 dollar yüksələrək bareli 47.88 dollara, Brent nefti isə 0,04 dollar yüksələrək bareli 50.81 dollara çıxıb. "Marja" xəbər verir ki, qiymətlər bu həftə 3.5% artıb.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Qeyd edək ki, ekspertlərin qiymətləndirməsinə görə, neftin qiymətinin 1 dollar artması ölkəmizə bir gündə təxminən 500 min dollar qazandırır.

Əlaqədar

Azərbaycan neftin 2 dollar ucuzlaşmasına görə hər gün 1 milyon itirir
Neftin qiymətləri təslim olmağa yaxınlaşdı
Dünya Bankından mühüm neft qiyməti açıqlaması
Neft sürətlə ucuzlaşır
Azərbaycanın qeyri-neft sektorunun prioritetləri konkretləşir
Teqlər:
bahalaşma, birja, "Azeri LT CIF", neft, dollar

Əsas mövzular