01:32 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
888 0 0

Dünya bazarında "Brent" markalı xam neftin qiymətinin 36-37,5 dollar/barel diapazonuna qədər azalması ehtimal edilir.

BAKI, 3 avq-Sputnik. Dünya bazarında "Brent" markalı xam neftin qiymətinin 36-37,5 dollar/barel diapazonuna qədər azalması ehtimal edilir.

Sputnik "Report"un analitik qrupuna istinadla xəbər verir ki, "Brent" markalı neftin barelinin qiyməti hazırda texniki dəstək səviyyəsi olan 42 dollara yaxındır. Bu qiymət investorlar üçün cəlbedici olmasa, "Brent"in növbəti dəstək səviyyəsi 36-37,5 dollar diapazonunda olacaq.

Qeyd edək ki, neft bazarında hazırda mövcud olan amillər qiymətlərin daha da aşağı düşəcəyini göstərir. Belə ki, ABŞ-da aktiv neftqazma quyularının sayının ardıcıl 5 həftə artması, Səudiyyə Ərəbistanının Asiya bazarlarında endirimli neft satmağa başlaması, İran, Liviya, İraqın neft hasilatı və ixracını artırması neftin qiymətinə mənfi təzyiq göstərir. İnvestorların bu gün ABŞ-da Energetika Nazirliyinin açıqlayacağı neft və neft məhsulları ehtiyatlarının həftəlik dəyişiklik göstəricilərini gördükdən sonra qiymətlərin istiqamətini müəyyən edəcəkləri gözlənilir.

Xatırladaq ki, dünən Amerika Neft İnstitutu həftəlik neft ehtiyatlarında baş verən dəyişiklikləri açıqlayıb. Hesabata görə, ABŞ-da neft ehtiyatları iyulun 22-29-da investorların proqnozlarına uyğun olaraq 1,34 mln. barel azalıb.

Hollandiyanın "ABN Amro" bankının energetika məsələləri üzrə baş iqtisadçısı Hans van Klif (Hans van Cleef) "Reuters" agentliyinə verdiyi açıqlamasında bildirib ki, neft bazarı təklif bolluğu ilə qarşılaşdığı üçün yaxın zamanlarda "ayı trendinin" (azalma) dəyişməsi imkanları çətin görünür.

Əlaqədar

Azərbaycanın neft ehtiyatlarının həcmi açıqlanıb
ABŞ bu addımı atarsa, neft yenidən 40 dollara düşəcək
Neft Fondu 50 milyon dollar satdı
Neft Fondundan büdcəyə transfertlərin həcmi 3.3 milyard manat azalıb
İran neft hasilatını azaldacaq
Teqlər:
Hans van Cleef, Energetika nazirliyi, ABŞ, Səudiyyə Ərəbistanı, ABN Amro, neft, Brent

Əsas mövzular