05:36 26 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Heydər Əsədov İsrailin Azərbaycankı səfirini Dan Stavla görüşüb

Azərbaycan aqrar sahədə İsrail təcrübəsini öyrənir

© Photo: agro.gov.az
İQTİSADİYYAT
Qısa URL
6601

İki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

BAKI, 1 iyul — Sputnik. Azərbaycan ilə İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları və İsrailin ölkəmizdəki səfirliyinin dəstəyi ilə "NETAFİM" şirkəti tərəfindən həyata keçiriləcək layihə müzakirə edilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov İsrailin Azərbaycandakı səfiri Dan Stavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, layihənin məqsədi Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələrin, habelə fermerlərin irriqasiya üsulları sahəsində bilik və təcrübələrini artırmaqdır.

H. Əsədov Azərbaycan ilə İsrail arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq imkanlarının çoxşaxəli olduğunu bildirib. Kənd təsərrüfatı sahəsində, xüsusən də irriqasiya və damcı üsulu ilə kənd təsərrüfatı məhsullarının suvarılmasında İsrail təcrübəsinin öyrənilməsini Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün təhsil prosesində mühüm bir aspekt kimi qiymətləndirib.

Nazir iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və ticarətin asanlaşdırılması məqsədilə baytarlıq və bitki karantini və mühafizəsi sahələrində saziş layihələrinin hazırlanması imkanlarının araşdırılması, kənd təsərrüfatı kooperativlərinin yaradılması və suya qənaət edən texnologiyalar sahələrində əməkdaşlıq, yem istehsalı və heyvanların yemlənməsində İsraildə istifadə edilən qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi və s. barədə təkliflər irəli sürüb.

Səfir Dan Stav səmimi qəbula görə təşəkkürünü bildirərək iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin bundan sonra daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Əlaqədar

Aqrar məhsulların Rusiyaya ixracı zamanı yaranan problemlər aradan qalxdı
Bizdə aqrar sığorta niyə "işləmir"?
Ekspert: Azərbaycanda kənd təsərrüfatına investisiya qoymaq sərfəli deyil
"Kənd təsərrüfatı ili"ndə idxaldan asılılığımız daha da artıb"
Kənd Təsərrüfatı Nazirliyi əhaliyə xəbərdarlıq etdi
Prezident kənd təsərrüfatı sərgisiylə tanış olub
Teqlər:
Dan Stavın, aqrar, Heydər Əsədov, kənd təsərrüfatı, İsrail, Azərbaycan, əməkdaşlıq

Əsas mövzular