BAKI, 16 iyun-Sputnik. 2017-ci ildən sonra dünya bazarında xam neftin qiymətinin 60-70 dollar/barel həddində olacağı gözlənilir.
Sputnik-in məlumatına görə, bunu "LukOil" şirkətinin prezidenti Vahid Ələkbərov Rusiya KİV-ləri üçün keçirilmiş mətbuat konfransında deyib.
V.Ələkbərov bildirib ki, neftin qiymətinin rekord həddə ucuzlaşması dövrü artıq keçib və neft hasilatının müəyyən həcmdə dondurulması ilə bağlı danışıqların davam etdirilməsinə ehtiyac yoxdur: "Düşünürəm ki, kritik dövr keçib və neftin qiyməti daha 30 dollardan aşağı düşməyəcək".
BP-nin baş icraçı direktoru Robert Dedli (Robert Dadly) isə deyib ki, bu ilin sonuna kimi neftin qiyməti 50 dollar/bareldən yüksək ola bilər.
Bu gün dünya birjalarında WTI markalı xam neftin qiyməti 47,10 dollar/barel, "Brent"in qiyməti isə 48,07 dollar/barelə kimi geriləyib.