Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vahid Ələkbərov: Neftin qiymətində kritik dövr artıq arxada qalıb

© Sputnik / Aleksey Druzhinin / Fotobanka keçməkVahid Ələkbərov
Vahid Ələkbərov - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
"LukOil"un prezidenti: Neftin qiyməti daha 30 dollardan aşağı düşməyəcək.

BAKI, 16 iyun-Sputnik. 2017-ci ildən sonra dünya bazarında xam neftin qiymətinin 60-70 dollar/barel həddində olacağı gözlənilir.

Sputnik-in məlumatına görə, bunu "LukOil" şirkətinin prezidenti Vahid Ələkbərov Rusiya KİV-ləri üçün keçirilmiş mətbuat konfransında deyib.

V.Ələkbərov bildirib ki, neftin qiymətinin rekord həddə ucuzlaşması dövrü artıq keçib və neft hasilatının müəyyən həcmdə dondurulması ilə bağlı danışıqların davam etdirilməsinə ehtiyac yoxdur: "Düşünürəm ki, kritik dövr keçib və neftin qiyməti daha 30 dollardan aşağı düşməyəcək".

BP-nin baş icraçı direktoru Robert Dedli (Robert Dadly) isə deyib ki, bu ilin sonuna kimi neftin qiyməti 50 dollar/bareldən yüksək ola bilər.

Bu gün dünya birjalarında WTI markalı xam neftin qiyməti 47,10 dollar/barel, "Brent"in qiyməti isə 48,07 dollar/barelə kimi geriləyib.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала