21:49 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
İQTİSADİYYAT
Qısa URL
10201

Prezidentin köməkçisi: "Azərbaycan dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş, açıq iqtisadiyyatlı ölkə kimi, qlobal çağırışlardan kənarda qala bilməzdi. Əsas ticarət tərəfdaşlarımızın milli valyutasının devalvasiyaya uğraması milli valyutamızın devalvasiyasını zəruri etdi"

BAKI, 11 mart — Sputnik. "Mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə, onların müntəzəmliyinin təmin edilməsini, islahatların əhatə dairəsini genişləndirilməsini və bu sahədə işlərin daha da sürətləndirilməsini zəruri edib".

"APA-Economics" xəbər verir ki, bu barədə prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi" mövzusunda keçirilən konfransda bildirib.

"Azərbaycan dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş, açıq iqtisadiyyatlı ölkə kimi, qlobal çağırışlardan kənarda qala bilməzdi", —deyə köməkçi bildirib.

N. Əmirovun sözlərinə görə, neftin qiymətinin kəskin enməsi, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutasının devalvasiyaya uğraması milli valyutamızın devalvasiyasını zəruri edib: "Lakin aparılan məqsədyönlü işlər nəticəsində hazırda valyuta bazarlarında sabitlik müşahidə olunur ki, manat da artıq öz fundamental məzənnəsini tapmaqdadır".

Əlaqədar

Dolların sabaha olan məzənəsi açıqlandı
Dolların kəskin bahalaşması gözlənilir
Mart ayında manat yenidən dəyərdən düşə bilər
Kreditlərin manata keçirilməsi, manatla əmanətlərin də indeksasiyası mümkündür
Teqlər:
Prezidentin köməkçisi, Natiq Əmirov, devalvasiya, manat, dollar

Əsas mövzular