BAKI, 9 mart-Sputnik. Dövlət Neft Fondunun (ARDNF) bir qədər əvvəl keçirdiyi valyuta hərracında bankların dollar tələbatı təxminən 100 milyon dollar olub.
Sputnik fins.az-a istinadla xəbər verir ki, bu, hərraca çıxarılmış valyuta ilə müqayisədə 2 dəfə çoxdur. Tələbatın yüksək olması hərracda satılan dolların qiymətinə də təsir edib.
ARDNF hərracda dolların ilkin satış qiymətini 1,6309 manat müəyyənləşdirib.
Bir qədər əvvəl ARDNF 50 mln. ABŞ dolları məbləğində vəsaitin hərraca çıxarıldığını və 24 banka satıldığını xəbər vermişdi.