11:11 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
579 0 0

İlham Şaban: "Mərkəzi Bank 2014-cü ilin sentyabrından manatın məzənnəsinin qorunmasına 10,3 milyard dollar xərcləyib. Bu vəsaiti iqtisadiyyatın inkişafına yönəltmək daha məqsədəuyğun olardı"

BAKI, 27 yan — Sputnik. "Neft qiymətlərinin belə kəskin düşməsi artıq üçüncü dəfə baş verir, bunlardan sonuncusu 2008-ci ildə baş verib. Sonradan qiymətlər artdı və Azərbaycan höküməti neftdən əldə edilən vəsaiti qeyri-neft sektoruna yatırdı".

Sputnik xəbər verir ki, bunu "Neft qiymətlərinin düşməsi: Xəzəryanı dövlətlərdə iqtisadi vəziyyətə təsir" Moskva-Astana-Bakı videokörpüsü zamanı "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

"İndi isə kompensasiya zamanı gəlsə də, qeyri-neft sektorunun durumu bunu etmək iqtidarında deyil", —deyə ekspert bildirib.

Onun dediyinə görə, neft qiymətlərinin enməsi 2004-cü ilin iyunundan başlayıb və artıq 2014-cü ilin sentyabrında qiymətlər 100 dollarlıq psixoloji sərhədi keçib: "Hökümət düşünürdü ki, iqtisadiyyat sadəcə soyuqlayıb və 3-5 günə özünə gələcək. Lakin bu, soyuqdəymə deyildi və adi dərmanların xeyri olmadı".

İqtisadçının sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı 2014-cü ilin sentyabrından manatın məzənnəsinin qorunmasına 10,3 milyard dollar xərcləyib: "Bu vəsaiti iqtisadiyyatın inkişafına yönəltmək daha məqsədəuyğun olardı. 2016-cı ildə hökümət artıq digər addimlar atır, qəti iqtisadi islahatlara üstünlük verir".

O, neft qiymətlərinin enməsinə rəğmən, hökümətin büdcə xərclərini artırmaq fikrində olduğunu qeyd edib: "Bu isə, istiqrazların buraxılması və xarici kreditlərin cəlb olunması ehtimalı deməkdir".

Videokörpü "Rossiya seqodnya" BİA-nın "İqtisadi mühit" yeni multimedia layihəsi çərçivəsində keçirilib. Moskvadan tədbirdə Milli enerji təhlükəsizliyi fondunun baş direktoru, Maliyyə universitetinin birinci prorektoru, tətbiqi politologiya kafedrasının müdiri Konstantin Simonov və REA Enerji tədqiqatları institutunun Dünya energetika bazarlarının tədqiqatı mərkəzinin rəisi Vyaçeslav Kulagin iştirak edibər.

Qazaxıstandan videokörpüyə Qazaxıstan Respublikası Təhsil və elm nazirliyi Elm komitəsinin İqtisadiyyat institutnun filial direktoru Jangeldı Şimşikov və iqtisadi ekspert Əkbər Tukayev qoşulublar.

Bakını görüşdə ekspert, AMEA İqtisadiyyat institutunun aparıcı elmi işçisi Mayis Gülalıyev və Neft araşdırmaları mərkəzinin direktoru İlham Şaban təmsil ediblər.

Beynəlxalq energetika agentliyinin son hesabatında neft qiymətlərinin düşməsinin davam edəcəyi göstərilir. Milli valyutaların devalvasiyası və büdcə xərclərinin yenidən baxılması məsələsi bütün Xəzəryanı ölkələr üçün xas olan bir vəziyyətdir.

Əlaqədar

Videokörpü: neft qiymətlərinin düşməsi və Xəzəryanı dövlətlərin iqtisadiyyatı
Banklarımız iqtisadiyyatın kreditləşməsini aşağı salıblar
Oqtay Əsədov: Azərbaycan iqtisadiyyatında real artım olacaq
İlham Əliyev: Təzyiqlərə rəğmən, Azərbaycan iqtisadiyyatı inkişaf edib
SOCAR Rumıniya iqtisadiyyatına 50 milyon avro investisiya yatıracaq
Teqlər:
İlham Şaban, "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzi, neft, qeyri-neft sektoru, Xəzəryanı dövlətlər, Neft qiymətləri

Əsas mövzular