CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Amerikalı kamança ifaçısı "Fəxri səfir" diplomuna layiq görülüb

© Sputnik / Kemale AliyevaКонференция на тему "Азербайджанские национальные музыкальные инструменты: прошлое и настоящее"
Конференция на тему Азербайджанские национальные музыкальные инструменты: прошлое и настоящее - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Abunə olmaq
Cefri Verbok Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır.
BAKI, 19 avqust — Sputnik. Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısı Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin, "Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi" İctimai Birliyinin qonağı olub. Sputnik Azərbaycan xəbər verir ki, mərkəzin işçi heyəti ilə birgə Azərbaycan mədəniyyətinin, multikulturalizm siyasətinin daha geniş təbliğatı ilə bağlı layihələrin təşkili istiqamətində qarşıya qoyulan məqsəd və vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan mədəniyyətinin, muğamının fəal əcnəbi təbliğatçısı kimi Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin "Fəxri səfiri" diplomuna layiq görülüb.
Qeyd edək ki, XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus yer tapıb. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə öz addımlarını atmağa başladılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbokdur. Cefri Verbok Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır.
Məlumat üçün bildirək ki, kamança Azərbaycan çalğı alətləri içərisində zəngin melodik imkanları ilə seçilən alətlərdən biridir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə kamança hazırlanması və ifaçılıq sənəti UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2017-ci ilin dekabr ayının 7-də Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Həmçinin oxuyun:
Hərdən yuxuda olanda yaxşı bir musiqi eşidirəm - Bəstəkardan qızıl kimi söhbətlər
Xəbər lenti
0