01:06 20 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
MƏDƏNİYYƏT
Qısa URL
34 0 0

81 yaşlı Xalq artisti ötən gün vəfat edib. Aktyor Azərbaycan Dövlət Dram Teatrında, Sumqayıt Dövlət Dram Teatrında, Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərib.

BAKI, 14 avqust — Sputnik. Xalq artisti Vaqif Əliyev vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, Xalq artisti 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

V.Əliyev avqustun 13-də Yasamal qəbiristanlığında, atasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Vaqif Əliyev 1940-cı ildə Bakıda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb.

1990-cı ildə "Əməkdar artist", 2002-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışan Vaqif Əliyev N.Nərimanovun "Nadir şah"əsərində – Kəndli, C.Cabbarlının "Dönüş"ündə - Şövqi, Sapand, C.Məmmədquluzadənin "Ölülər"ində Məşədi Oruc, Ə.Nesinin "Tənha qadınlar"ında - Qazabaxan, A.Babayevin "Oğul"unda - Qəzənfər, A.Məmmədovun "Dəli Domrul"unda - Ata, N.Hikmətin "Domokl qılıncı"nda - Kar, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir"ində - Seyidağa, S.Rəşidinin "Mənim Ərdəbilim"ndə - Əmir, Ə.Əliyevin "Cırtdan, Məlikməmməd və üç gözəl"ində Dədə Qorqud, "Unutqanlıq qorxunc bəladır"ında - Rus Zabiti, A.Qurbaninin "Türk sancağı"nda - Ağsaqqal, H.Cavidin "İblis"ində - Xaxam rollarını məharətlə yaradıb.

Aktyor bundan başqa, "Ağ atlı oğlan" (erməni obrazı), "Yük", "Biz qayıdacağıq ", "Sovqat" kimi filmlərdə rol alıb. Allah rəhmət eləsin!

Eləcə də oxuyun:

Teqlər:
xalq artisti, vəfat, film, teatr

Əsas mövzular