Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti ağlamalı gündə: "Bir evim var, onu da neçə ildir satışa qoymuşam, satılmır"

© Photo : Instagram / meleykeesedovaofficialXalq artisti Məleykə Əsədova
Xalq artisti Məleykə Əsədova - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Xalq artisti Məleykə Əsədova sənət adamlarına dəyər verilmədiyini, illərdir evini satışa çıxardığını, amma hələ də satılmadığını deyib.

BAKI, 15 iyul — Sputnik. "İndi deyirlər, aktyorun mükafat üçün filan yaşı olmalıdır. İndi heç 60 yaşa çatırıq ki? Ürəyim xəstədir. 60 yaşa çatmamış, bir də görürsünüz ki, dünyamızı dəyişirik. Bəs, biz nə vaxt o şöhrəti görəcəyik? Nə istəyirik ki?  Sənətimizə alqış".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “MTV Azərbaycan” kanalında yayımlanan "Üzə-düz" proqramında deyib. Aktrisa sənət adamlarına dəyər verilmədiyini söyləyib: "Həmişə istəyirəm ki, aktyorlar səhnədən alqışlarla yola salınsın. Amma olub ki, aktyorlarımızın çoxu səhnədən yola salınmayıb: Telman Adıgözəlov, Əjdər Həmidov, Rafael Dadaşov. Düzdür, buna pandemiya da səbəb oldu. Rafael Dadaşov vəfatından 2-3 ay öncə "Şöhrət" ordeninə layiq görüldü. Aktyor nə istəyir ki? Alqış, sevgi. Biz sənət fədailəriyik".

"Sənət adamları, teatr aktyorları çox həssas, duyğusal olurlar. Görünüşcə cavan qala bilərəm, səhnədə nə boyda obrazlar yaratmışam. 32 ildir davam edir. Biz efirlərə də pulsuz gedirik, özümüzü fəda edirik. Bunu etməliyik, təmsil etmək bizim borcumuzdur. Sənət adamlarına vaxtında qiymət vermək lazımdır. Bəlkə kimsə 50-60 il səhnədədir. Səhnədə barmaqla sayılası aktyorlar var, biri də mən. Sənətdən başqa başqa heç bir şey bacarmıram, biznes də bilmirəm", - deyə aktrisa əlavə edib.

M.Əsədova evini satışa çıxardığını deyib: "Bir evim var, onu da neçə ildir satışa qoymuşam, satılmır. Sata bilmirəm ki, özümünkülərə kömək edim. Biz bunları dilə gətirməməliyik. Aktrisa ucada, əlçatmaz olmalıdır. Məni səhnədə tamaşalarımla görməlidirlər, qəlbimi küsdürməməlidirlər".

Məlumat üçün bildirək ki, Məleykə Əsədova müxtəlif teatrlarda 20-dən artıq obrazda çıxış edib. O bundan başqa, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış "Yad qızı", "İtkin gəlin", "Güllələnmiş heykəllər", "Apardı sellər Saranı" və s. kimi teletamaşalarda müxtəlif obrazlar yaradıb.

Xəbər lenti
0