https://sputnik.az/20210805/pk-Yolu-drdansi-zbkistan-v-Azrbaycan-kinematoqraflar-mkdalq-edck-427629646.html
"İpək Yolu dürdanəsi": Özbəkistan və Azərbaycan kinematoqrafçıları əməkdaşlıq edəcək
"İpək Yolu dürdanəsi": Özbəkistan və Azərbaycan kinematoqrafçıları əməkdaşlıq edəcək
Sputnik Azərbaycan
Görüşdə Özbəkistan Prezidentinin təşəbbüsü ilə Daşkənddə keçiriləcək "İpək Yolu dürdanəsi" beynəlxalq kinofestivalında Azərbaycan kinematoqrafçılarının... 05.08.2021, Sputnik Azərbaycan
2021-08-05T22:49+0400
2021-08-05T22:49+0400
2021-08-05T22:09+0400
xəbərlər
mədəniyyət
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42231/42/422314218_0:321:3071:2048_1920x0_80_0_0_3044d96da5518e68543b59872c94ab82.jpg
BAKI, 5 avqust — Sputnik. Özbəkistan Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduxalikov Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, "Filming Azerbaijan"ın direktoru İlkin Məmmədli və Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanovla onlayn görüş keçirib.Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Özbəkistan və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.Görüşdə Özbəkistan Prezidentinin təşəbbüsü ilə Daşkənddə keçiriləcək "İpək Yolu dürdanəsi" beynəlxalq kinofestivalında Azərbaycan kinematoqrafçılarının iştirakı məsələləri də diqqət mərkəzində olub.F. Abduxalikov bildirib ki, bundan sonra hər iki ölkənin kinematoqrafçılarının iştirakı ilə birgə layihələrin həyata keçirilməsi istiqamətində işlər görüləcək.Qeyd edək ki, bir müddət öncə Özbəkistan və Azərbaycan kinematoqrafçıları arasında sənət mübadiləsi olub. Belə ki, "Dunyo boylab" televiziya kanalı Özbəkistandakı ziyarətgahların çəkilişi ilə bağlı layihəyə start verib. Filmin ssenari müəllifi Qafur Baratov, rejissoru və operatoru soydaşımız Eldar Məmmədov, bədii rəhbər Nadir Tölaqanovdur.Çəkilişinə başlanan "Müqəddəs ziyarətgah" adlanan birinci sənədli film Daşkənd vilayətinin Kumuşqan kəndindəki "Həzrət Əli Buvə" ziyarətgahıdır.Abidə Böyük İpək Yolu üzərində, bu ərazinin ən yüksək nöqtəsində ucaldılıb. Ziyarətgah orta əsr memarlığının nadir abidələrindən biridir. Abidənin içərisində və çöl divarlarında Quran ayələri həkk edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42231/42/422314218_174:0:2905:2048_1920x0_80_0_0_fef0ec9c7ed43d45012f2be929452355.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
"İpək Yolu dürdanəsi": Özbəkistan və Azərbaycan kinematoqrafçıları əməkdaşlıq edəcək
Görüşdə Özbəkistan Prezidentinin təşəbbüsü ilə Daşkənddə keçiriləcək "İpək Yolu dürdanəsi" beynəlxalq kinofestivalında Azərbaycan kinematoqrafçılarının iştirakı məsələləri də diqqət mərkəzində olub.
BAKI, 5 avqust — Sputnik. Özbəkistan Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduxalikov Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, "Filming Azerbaijan"ın direktoru İlkin Məmmədli və Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanovla onlayn görüş keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Özbəkistan və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşdə Özbəkistan Prezidentinin təşəbbüsü ilə Daşkənddə keçiriləcək "İpək Yolu dürdanəsi" beynəlxalq kinofestivalında Azərbaycan kinematoqrafçılarının iştirakı məsələləri də diqqət mərkəzində olub.
F. Abduxalikov bildirib ki, bundan sonra hər iki ölkənin kinematoqrafçılarının iştirakı ilə birgə layihələrin həyata keçirilməsi istiqamətində işlər görüləcək.
Qeyd edək ki, bir müddət öncə Özbəkistan və Azərbaycan kinematoqrafçıları arasında sənət mübadiləsi olub. Belə ki, "Dunyo boylab" televiziya kanalı Özbəkistandakı ziyarətgahların çəkilişi ilə bağlı layihəyə start verib. Filmin ssenari müəllifi Qafur Baratov, rejissoru və operatoru soydaşımız Eldar Məmmədov, bədii rəhbər Nadir Tölaqanovdur.
Çəkilişinə başlanan "Müqəddəs ziyarətgah" adlanan birinci sənədli film Daşkənd vilayətinin Kumuşqan kəndindəki "Həzrət Əli Buvə" ziyarətgahıdır.
Abidə Böyük İpək Yolu üzərində, bu ərazinin ən yüksək nöqtəsində ucaldılıb. Ziyarətgah orta əsr memarlığının nadir abidələrindən biridir. Abidənin içərisində və çöl divarlarında Quran ayələri həkk edilib.