CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkiyə UNESCO-nun sertifikatı təqdim olundu

© Photo : State Tourism Agency of the Republic of AzerbaijanŞəkiyə UNESKO-nun sertifikatının təqdimedilmə mərasimi
Şəkiyə UNESKO-nun sertifikatının təqdimedilmə mərasimi - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Abunə olmaq
Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi keçirilib.

BAKI, 7 iyul — Sputnik. Şəkiyə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olunub. Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, iyulun 7-də Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi keçirilib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Şəki şəhərinin turistlərin ən çox üz tutduğu tarixi unikal məkanlardan biri olduğunu qeyd edərək şəhərin tarixi hissəsinin mühafizəsi və inkişafının dövlətin daim diqqətində olduğunu bildirib:

© Sputnik / Ibrahim HashimovŞəkidə UNESCO sertifikatı təqdim edildi
Şəkiyə UNESCO-nun sertifikatı təqdim olundu - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Şəkidə UNESCO sertifikatı təqdim edildi

“İki il əvvəl Şəki abidələri UNESCO siyahısına daxil olub. İndi sertifikat təqdim edilir. Şəki tarixi baxımdan önəmli, turistlər üçün cəlbedici yerdir. Biz təhlillər aparırıq. Dörd yerdə səkkiz qoruq Mədəniyyət Nazirliyinin tabeliyindədir. Hazırda Xan məscidində də qəbirlər tapılıb və orada ekspertiza gedir”.

Agentlik sədri UNESCO ekspertləri ilə sıx əməkdaşlıq işlərinin davam etdirildiyini, Şəkidən başqa, "Xınalıq" qoruğunun da UNESCO-nun namizəd irs nümunələrinin ilkin siyahısına salındığını diqqətə çatdırıb.

1/6
2/6
3/6
© Sputnik / Ibrahim Hashimov
Şəkidə UNESCO sertifikatı təqdim edildi - Sputnik Azərbaycan
4/6
© Sputnik / Ibrahim Hashimov
Şəkidə UNESCO sertifikatı təqdim edildi - Sputnik Azərbaycan
5/6
6/6
1/6
2/6
3/6
4/6
5/6
6/6

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2 il öncə verilmiş qərarın Şəki üçün müstəsna əhəmiyyət daşıdığını bildirərək şəhərin sosial-iqtisadi inkişafına böyük töhfə verəcəyini bildirib: "Şəki Xan Sarayı dünya mədəniyyəti tarixində əhəmiyyətli rol oynayır. Dünyanın milyonlarla tarixi abidəsindən yalnız 1121-i Ümumdünya irs siyahısına daxil olub. Onlardan da 908-i mədəni irs kontekstində qeydə alınıb. Şəkinin bu 908 irsin içərisində yer alması Azərbaycan mədəniyyətinin dünyada tanınmasıdır”.

Elxan Usubov bu hadisəni mədəni və tarixi irsin qorunması, eləcə də ölkənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi hesab etdiyini qeyd edib. O, hər il 7 iyul tarixinin Şəkidə "Şəhər günü" olaraq keçirilməsi təklifi ilə çıxış edib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında bildirib ki, Şəkinin böyük turizm imkanları bölgədə fəaliyyət göstərən KOB subyektləri və potensial sahibkarlar üçün əlavə üstünlüklər yaradır. Orxan Məmmədov turizm sahəsində sahibkarlığın təşviq olunmasının KOBİA-nın fəaliyyət istiqamətlərindən olduğunu diqqətə çatdırıb. Mədəniyyət Nazirliyinin Aparatının rəhbəri Vasif Eyvazzadə Şəkinin Ümumdünya İrs Siyahısına düşməsinin uzun və çətin yol nəticəsində baş verdiyini bildirərək Şəkinin təkcə maddi-mədəni irs üzrə deyil, həm də yaradıcılıq kontekstində mühüm rol oynadığını qeyd edib.

© Photo : State Tourism Agency of the Republic of AzerbaijanŞəkiyə UNESKO-nun sertifikatının təqdimedilmə mərasimi
Şəkiyə UNESCO-nun sertifikatı təqdim olundu - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Şəkiyə UNESKO-nun sertifikatının təqdimedilmə mərasimi

Elnur Sultanov Ümumdünya İrs Siyahısına daxil olunma ilə bağlı UNESCO sertifikatını Fuad Nağıyev və Elxan Usubova təqdim edib. Həmçinin tədbir əsnasında Şəkidə tarixi-mədəni irsin qorunub saxlanmasında xidmətlərinə, keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına və xalq tətbiqi sənətinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif olunub. Təqdimat mərasimində Milli Məclisin üzvləri və digər rəsmi şəxslər, eləcə də yerli icma nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, 2019-cu ildə Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Eləcə də oxuyun:

Xəbər lenti
0