Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mədəniyyət nazirinin Gürcüstan səfəri: Ölkənin vacib şəxsləri ilə görüşüb

© Sputnik / Murad OrujovМероприятие, посвященное созданию в Азербайджане кинокомиссии Filming Azerbaijan
Мероприятие, посвященное созданию в Азербайджане кинокомиссии Filming Azerbaijan - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
Nazir Gürcüstana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

BAKI, 6 iyul — Sputnik. Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun başçılıq etdiyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, nazir Tbilisidəki Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstünü ziyarət edərək önünə əklil qoyub. Ziyarətdə Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin müavini Kaxa Sixarulidze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları da iştirak ediblər.

Daha sonra Anar Kərimov Tbilisi meri Kaxa Kaladze ilə görüşüb. Görüşdə Gürcüstan və Azərbaycan arasında dostluq münasibətləri nəzərdən keçirilib. Tərəflər əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, Tbilisi və Bakı arasında dostluq əlaqələri məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov da iştirak edib.

Bundan başqa, nazir Anar Kərimov Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüş keçirib. Nazirin sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında mədəni əməkdaşlıq sahəsində yeni səhifə açılacaq.

A.Kərimov gürcüstanlı həmkarı ilə faydalı görüş keçirdiyini bildirib: "Görüşdə hər iki ölkənin mədəni irsinin qorunması, muzey, kino, yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələri ətrafında fikir mübadiləsi aparılıb".

Nazir Gürcüstana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

Rəsmi səfər zaman Qırmızı körpü abidəsinin bərpası ilə bağlı da müzakirələr aparılıb. Nazir bildirib ki, Qırmızı körpü həm Gürcüstan, həm də Azərbaycanın mədəni irs abidəsidir: "Biz bu abidənin qayğısına bir yerdə qalmalıyıq. Körpünün konservasiyası və bərpası işləri elə həyata keçirilməldirir ki, hər iki ölkə bununla fəxr etsin".

Qırmızı körpünün Azərbaycanda "Sınıq körpü" adlandırıldığını qeyd edən T.Tsulukianinin sözlərinə görə, dostcasına və peşəkarcasına bərpadan sonra abidə qürur rəmzinə çevriləcək.

O, azərbaycanlı həmkarı ilə görüşdə bir sıra mühüm məsələlərin müzakirə olunduğunu qeyd edib: "Biz kino sənayesi, muzeylər, yaradıcı sənayelər arasında əməkdaşlıq, tarixi abidələrin qorunması və bərpası üzrə təcrübə mübadiləsinə dair razılığa gəldik".

Nazir vurğulayıb ki, UNESCO çərçivəsində Gürcüstan və Azərbaycan qarşılıqlı dəstəyi, bir-birinin maraqlarının müdafiəsini aktiv şəkildə davam etdirəcək.

Anar Kərimov Tbilisidə Qəhrəmanlar meydanında Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış memorialı da ziyarət edəcək.

Mədəniyyət naziri Anar Kərimov səfərdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstana səfər zamanı Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aqibəti və gələcək fəaliyyəti müzakirə olunacaq. Onun sözlərinə görə, bir sıra rəsmi görüşlərdə Azərbaycanın tarixi və mədəniyyət irsinin Gürcüstan hökuməti tərəfindən qorunması və qayğı göstərilməsi məsələsi qaldırılacaq.

Nazir qeyd edib ki, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyinin vəziyyəti ilə də tanış olacaq: "Azərbaycanın tarixi və mədəniyyətinə aid abidələrin qorunması məsələsi Gürcüstan tərəfi ilə gündəmdə saxlanılacaq".

Anar Kərimov qonşu ölkəyə səfəri çərçivəsində muzeylərarası, kino, mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələlərin də nəzərdən keçiriləcəyini bildirib.

Səfər iyulun 9-dək davam edəcək.

Xəbər lenti
0