CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq

© Sputnik / Murad OrujovНародный артист Азербайджана Ариф Гулиев
Народный артист Азербайджана Ариф Гулиев - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
Bütün dünyanı cənginə alan koronavirus pandemiyası can almaqda davam edir. Ölüm halları isə bütün dünyada gündən-günə artmaqdadır.

Bütün dünyanı cənginə alan koronavirus pandemiyası can almaqda davam edir. Ölüm halları isə bütün dünyada gündən-günə artmaqdadır. Təəssüf ki, bu bəla Azərbaycandan da yan keçmir. COVID-19 qurbanları sırasında ölkəmizdə tanınan insanlar da az deyil. Sputnik Azərbaycan koronavirusdan dünyasını dəyişənlərin siyahısını təqdim edir.

Pandemiyanın yeni ayaq açdığı vaxtlarda Xalq artisti Teymur Mustafayev 82 yaşında koronavirusun qurbanı olub.

© Photo : REPORTXalq artisti Teymur Mustafayev
Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Xalq artisti Teymur Mustafayev

Tanınmış jurnalist Fərman Bağırov da koronavirusdan dünyasını dəyişib. Mərhum jurnalistə edilən müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev də COVID-19-dan dünyasını dəyişən məşhurlardandır.

© Photo : Facebook / Етибар Бабаев Əməkdar incəsənət xadimi Etibar Babayev
Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Əməkdar incəsənət xadimi Etibar Babayev

Əməkdar mədəniyyət işçisi, muğam ifaçısı Sərdar Əvəzoğlu da dünyasını dəyişib. Tanınmış ifaçı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında oynanılan tamaşalarda bir çox yaddaqalan obrazlar yaratmış Azərbaycanın Xalq artisti Sabir Əliyev də COVID-19-dan dünyasını dəyişənlər sırasındadır.

© Photo : Xəzər TeleviziyasıXalq artisti Sabir Əliyev
Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Xalq artisti Sabir Əliyev

Bununla yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov da koronavirusdan vəfat edib.

Gənc müğənni Toğrul Həbibi də uzun müddət xroniki xəstəliklə mübarizə aparıb, amma koronavirusa qalib gələ bilməyib.

© Photo : Instagram / togrul_habibi_officialMüğənni Toğrul Həbibi
Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Müğənni Toğrul Həbibi

Digər koronavirus qurbanlarından biri xalqın sevimlisi, gitaraçı Rəmişdir. Rəmiş bir müddət müalicə alsa da, vəfat edib.

© Photo : APAXalq artisti Rəmiş (Rafiq Hüseynov), arxiv şəkli
Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Xalq artisti Rəmiş (Rafiq Hüseynov), arxiv şəkli

Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev 73 yaşında virusdan həyatını itirib.

"Ağbaba" qrupunda fəaliyyət göstərən müğənni Faiq Tapdıqoğlu koronavirus səbəbindən həyatla vidalaşıb.

Qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni, Əməkdar artist Baloğlan Əşrəfov bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Daha sonra isə Türkiyədə yaşayan məşhur iş adamı, "Palmali" şirkətinin prezidenti, həmyerlimiz Mübariz Məsimovun maliyyə yardımı ilə qardaş ölkəyə aparılmışdı. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü. Beləliklə də ölümə qalib gələn Baloğlan Əşrəfov 69 yaşında koronavirusun qurbanı olub.

© Photo : courtesy of Baloglan AshrafovBaloğlan Əşrəfov
Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Baloğlan Əşrəfov

Ötən ay dünyanı cənginə almış koronavirus bəlası Arif Quliyevdən də yan keçməyib. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin 90 faizi "buzlaşmışdı". Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumub.

© Sputnik / Murad OrujovArif Quliyev
Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Arif Quliyev

Arif Quilevin Gülüş günündə Sputnik Azərbaycanla qeyd etdiyi anlar: 

Azərbaycan əsilli görkəmli rəssam və memar, professor Eldar Zeynalov da Türkiyədə koronavirusdan vəfat edib.

© Photo : TRENDAzərbaycan əsilli görkəmli rəssam və memar, professor Eldar Zeynalov
Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Azərbaycan əsilli görkəmli rəssam və memar, professor Eldar Zeynalov

Rəssam 4 ildir Türkiyənin Aydın bölgəsinin Karacasu Bələdiyyə başqanı Zeki İnalın dəvəti ilə rəsm işləri üçün Karacasu rayonuna getmişdi və orada işləyirdi. O, aprelin 25-də koronavirus diaqnozu ilə Nazilli dövlət xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, rəssam mayın 11-də vəfat edib.

Eləcə də oxuyun:

Xəbər lenti
0