11:50 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
MƏDƏNİYYƏT
Qısa URL
250 0 0

Aprelin 26-da Sputnik Azərbaycan-a açıqlamasında sənətçi halı pis olsa da xəstəxanaya getmək istəmədiyini bildirmişdi.

BAKI, 27 aprel - Sputnik. Bir aya yaxındır koronavirusa yoluxan Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Tarix Əliyev (Toik) sosial şəbəkədə məlumat paylaşıb. 

Aprelin 26-da Sputnik Azərbaycan-a açıqlamasında sənətçi halı pis olsa da xəstəxanaya getmək istəmədiyini bildirmişdi: "Nəfəs almamda ciddi problem var. Danışa bilmirəm, təngnəfəslik və öskürək var. Özüm xəstəxanaya getmirəm. Şəxsi həkimim var, onun nəzarəti altındayam. Həm də evdə mənimlə daha yaxşı maraqlanırlar. Səhhətimdə irəliləyiş hiss etmirəm. Əvvəl necə idimsə, indi də eləyəm".

Baloğlan Əşrəfov 1951-ci il oktyabr ayının 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu da başa vurub. 

1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.

Qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Daha sonra Türkiyədə müğənniyə qaraciyər köçürülmüşdü.

Allah rəhmət eləsin!

Teqlər:
vəfat, Baloğlan Əşrəfov

Əsas mövzular