22:37 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
MƏDƏNİYYƏT
Qısa URL
33

Əməkdar artist Elza Seyidcahan yeni bir şeirə imza atıb. Sputnik Azərbaycan həmin şeiri təqdim edir.

BAKI, 6 may — Sputnik. Hər zaman fərqli geyimləri və şeirləri ilə tanınan Əməkdar artist Elza Seyidcahan daha bir şeirə imza atıb. Müğənni və bəstəkar yeni şeirini Sputnik Azərbaycan-a təqdim edib:

"Kim sənə mənim kimi "Can sənə"

Sənin kim mənə "Ay can" deyə bilər?

Kim sənin mənim kimi "həsrətini,"

Sənin kimi mənim "nazımı" çəkə bilər?

Kim sənə mənim kimi "nəfəsim",

Sənin kimi mənə "dünyam" deyə bilər?

Kim səndə olan qayğılığın

Məndə olan bağlılığın dəyərini verə bilər?

Kim məndə olan xoşbəxtliyə

Səndə olan şəfqət və mərhəmətə

Çata bilər?

Kim bizim kimi sevginin yolunu

Gözləyə-gözləyə cəhənnəm əzabı

Yaşaya bilər?

Sevgisini,

Dilsiz, ağızsız, qulaqsız başa düşə bilər?

Kim səni mənim kimi böyük işlərə ruhlandırar?

Sənin kimi mənim işlərimi görməyə

Mane olar?

Kim sənin kimi utancaqlığa qalib gəlib,

Həqiqət yolunu işıqlandırar?

Sınanmış eşq sevgisinin

Zövqünü alar?

Kim bizim kimi biri-birinə

Sədaqət baxışları andı içər?

Mənim kimi sənin qəzəbini

Məhəbbəti ilə yatırda bilər?

Kim sənin kimi qışqıran qürurlunu

Mənim kimi saflığı ilə susdura bilər?

Kim sənin kimi, sevməyin olduğunu bilməyən,

Əbədi eşq möcüzəsini daşıya bilər?

Kim sənin kimi eşqə ürəyini açar,

Mənim kimi eşq çadırından qaçar?

Kim bizim kimi ruh aşiqlərini dodaqlarında

Görüşdürüb öpüşdürə bilər?

Kim sənə mənim kimi "Can sənə"

Sənin kimi mənə "Ay can" deyə bilər?

Kim?

Axı kim???"

Əsas mövzular