19:22 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
MƏDƏNİYYƏT
Qısa URL
41 0 0

Ötən il Rotterdam şəhərində 65-ci dəfə keçirilməsi nəzərdə tutulmuş "Avroviziya - 2020" mahnı müsabiqəsi koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən təxirə salınmışdı

BAKI, 30 mart — Sputnik. Mayın 18-22-də Rotterdam şəhərində keçiriləcək "Avroviziya - 2021" mahnı müsabiqəsinin yarımfinallarında iştirak edəcək ölkələrin siyahısı və ardıcıllığı bəlli olub.

Sputnik Azərbaycan müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizin təmsilçisi Samirə Efendi mayın 18-də keçiriləcək birinci yarımfinalda 14-cü nömrə ilə çıxış edəcək. Qeyd edək ki, müsabiqənin yarımfinalları mayın 18-də və 20-də, final mərhələsi isə 22-də keçiriləcək.

Xatırladaq ki, ötən il Rotterdam şəhərində 65-ci dəfə keçirilməsi nəzərdə tutulmuş "Avroviziya - 2020" mahnı müsabiqəsi koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən təxirə salınmışdı.

Teqlər:
Samirə Efendi, Rotterdam, "Avroviziya" mahnı müsabiqəsi

Əsas mövzular