BAKI, 30 mart — Sputnik. Mayın 18-22-də Rotterdam şəhərində keçiriləcək "Avroviziya - 2021" mahnı müsabiqəsinin yarımfinallarında iştirak edəcək ölkələrin siyahısı və ardıcıllığı bəlli olub.
Sputnik Azərbaycan müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizin təmsilçisi Samirə Efendi mayın 18-də keçiriləcək birinci yarımfinalda 14-cü nömrə ilə çıxış edəcək. Qeyd edək ki, müsabiqənin yarımfinalları mayın 18-də və 20-də, final mərhələsi isə 22-də keçiriləcək.
Xatırladaq ki, ötən il Rotterdam şəhərində 65-ci dəfə keçirilməsi nəzərdə tutulmuş "Avroviziya - 2020" mahnı müsabiqəsi koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən təxirə salınmışdı.